hemle

Ermənilər cəbhə boyu təxribat törədib, ölənlər və yaralananlar var - RƏSMİ

Tarix:27-09-2020, 08:49
Baxış Sayı:652

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən ATESH,AZ saytına verilən məlumata görə, mülki əhali və yaşayış məntəqələrimiz düşmən atəşinə məruz qalıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
ATESH,AZ

Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi