hemle

Öldürülən erməni generalının yerini Azərbaycana Ermənistanın muzdlu döyüşçüləri satıb — SENSASİYA

Tarix:29-09-2020, 18:08
Baxış Sayı:394

Sentyabrın 28-də Azərbaycan Ordusunun raket zərbələri nəticəsində məhv edilən Ermənistan Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arakel Martikyanın ölümü ilə bağlı sensasion məlumat yayılıb.



ATESH,AZ saytı Azmedia.az istinadən xəbər verir ki, general-mayor Arakel Martikyanın olduğu koordinatlar Ermənistanın Livandan Qarabağa gətirdiyi muzdlu döyüşçülər tərəfindən Azərbaycan tərəfinə ötürülüb.



Daha sonra məlumatda qeyd olunur: "Bununla bağlı erməni ictimaiyyətində xəbərlər yayılıb. Həmin xəbərlərdə Ermənistanın Suriya və Livandan Qarabağa 7 min muzdlu döyüşçülər gətirdiyi deyilir. Həmin döyüşçülərin erməni general-mayoru Arakel Martikyanın hərəkət istiqamətləri və olduğu yerlə bağlı məlumatları daha çox pul qarşılığında Azərbaycan tərəfinə satdığı bildirilir. Bu cür məlumatların doğruluğunu erməni hərbçiləri də etiraf ediblər".

Yayılan məlumata görə, "Armenia CT" saytı general-mayor Arakel Martikyanın Azərbaycan Ordusunun əks-hücumu nəticəsində öldürüldüyünü təsdiq edib.

Qeyd edək ki, Arakel Martikyanın ölümü ilə bağlı Ermənistanda sosial şəbəkə istifadəçiləri də məlumat yayıblar.
ATESH,AZ

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ