hemle

Qarabağ qazisinin maşınını vuran avtobus sürücüsü onu hədələdi: “Bilirsən mənim dalımda duran kimdir?”

Tarix:23-09-2020, 21:39
Baxış Sayı:629

hemlemedia.az saytı yayımladı.
Vətəndaş Bakir Abdullayev 211 nömrəli marşurut avtobusunun sürücüsü Tural Süleymanovdan şikayətçidir.

Bu barədə məlumat verən vətəndaş bildirib ki, “20 Yanvar” dairəsi istiqamətində hərəkətdə olarkən qaydaları kobud şəkildə pozan 10 TF 965 dövlət nömrə nişanlı, 211 nömrəli müntəzəm marşurut xətti ilə hərəkət edən avtobus onun idarə etdiyi “Mercedes” markalı maşını vurub. “Avtomobildən düşüb məsələni aydınlaşdırmaq istəyirdim. Bu zaman sürücü avtobusdan düşərək üzrxahlıq etmək əvəzinə kobud şəkildə danışmağa başladı. “Vurmuşam əcəb eləmişəm, bilirsən mənim dalımda duran kimdir? Get nə bilirsən elə” kimi ifadələr işlətdi.

Hadisə yerinə sığorta şirkətinin əməkdaşları və yol polisi gəldi. Onlar da günahın avtobus sürücüsündə olduğunu təsdiq etdilər.”
Bakir Abdullayev deyir ki, sürücünün bu cür hərəkəti ona pis təsir edib. “Qəzadır, hər kəsin başına gələ bilər. Amma bu cür davranış yolverilməzdir. Necə yəni, mənim dalımda filankəs durur. Məgər ölkə dərəbəylikdir?”

Qeyd edək ki, Bakir Abdullayev Qarabağ qazisidir.
hemlemedia.az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir