hemle

Ermənistan Mingəçevir və Gəncəni vura bilərmi? - Hərbi ekspert AÇIQLADI

Tarix:21-09-2020, 19:43
Baxış Sayı:672

Xəbər verdiyimiz kimi, Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Bəs düşmənə məxsus PUA-nın hədəfi hara idi? " Oxu24.com metbuat.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədlinin fikirlərini öyrənib. Ekspert bildirib ki, PUA-nın hədəfi kəşfiyyat xarakterli olub: "Şəmkirdə vurulan PUA-nın hədəfi həmin istiqamətdə olan vacib, strateji əhəmiyyətli mövqeləri müşahidə etmək və məlumatları Ermənistana ötürmək idi. Bu birmənalı olaraq belədir. Ümumiyyətlə PUA-lar müşahidə, kəşfiyyat məqsədi ilə istifadə edilən və məsafədən idarə edilən aviasiya vasitəsidir. Kəşfiyyat məqsədli PUA-lardan başqa, həm də silah daşıyan PUA-lar da mövcuddur. Bunlar da hədəflərə zərbə endirmək üçün istifadə olunur". Eyni zamanda düşmən tərəfi tez-tez Mingəçevirin və Gəncənin vurulması ilə bağlı "təhdidlər" səsləndirir. Həqiqətən Ermənistan ordusu buna qadir silahları malikdirmi? Ekspert bildirib ki, bu ehtimal üçün heç bir narahatlığa ehtiyac yoxdur, çünki ordumuz ən son texnikalarla təmin edilib: Oxu24.com metbuat.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədlinin fikirlərini öyrənib. Ekspert bildirib ki, PUA-nın hədəfi kəşfiyyat xarakterli olub: Eyni zamanda Azərbaycanın güclü hava hücumundan müdafiə sistemləri var. Azərbaycanın Hava Qüvvələri kifayət qədər güclü, müasir silahlarla təchiz olunub. Bu texnikalar hava məkanımızı istənilən təhlükədən qorumağa qadirdir". Ramil Məmmədli müharibə başlaması ehtimalı ilə bağlı isə bunları deyib: Müharibə ehtimalının indi çox güclü olduğunu düşünürəm. Ermənistanın son vaxtlar atdığı addımlar, son 3 ayda Tovuz, Goranboy istiqamətində vəziyyəti gərginləşdirmək cəhdləri, təxribat hərəkətləri və düşmənin səfərbərlik elan etməsi, xaricdə olan ermənilərin Qarabağa yerləşdirməsi müharibə olma ehtimalını artırır.
ATESH,AZ

Digər xəbərlər
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək