hemle

AMEA Rusiyanın B planının sığınacağına çevrilmiş durumdadır.

Tarix:17-09-2020, 22:42
Baxış Sayı:375

Son zamanlar AMEA-nın adı məlum məsələlər fonunda çox səslənir. Doğrudur, Azərbaycan elminin məbədi olan Akademiyada onlarla vətəninə, millətinə və milli ruhuna bağlı olan əsl ziyalı-alimlər var. Elə o alimlərin böyük əksəriyyəti o divarlar içində "Çopur Cabbar"lar tərəfindən daima sıxılıblar. Zənnimcə bütün bu baş verən məsələlərin konteksində AMEA-da xüsusi tərkibdə dövlət komissiyası ümumi təftiş aparmalıdır. Fikrimcə həmin komissiyaya müvafiq xüsusi orqan tərəfindən rəhbərlik edilməsi də daha yaxşı olardı. Çoxlarınıza maraqlı gələr. Niyə? Cavab verim! Məsələn. AMEA nın Tarix institutunda müstəqillik dövrümüzdə nə qədər elmi işlər müdafiə edilib? O elmi işlər nəyə və kimlərə, daha doğrusu, hansı ölkələrin maraqlarına xidmət edib? Doğrudur, onlarla savadlı və prespektivli alimlərimiz o cümlədən gənc mütəxəsislərimiz nəyə görə sıxışdırılır? Nəyə görə onların elmi potensiallarından doğru istifadə edilmir? Nəyə görə xaricdə olan əksər mühüm elmi tədbirlərə o gənclər deyil, elə təyyarədə uçuşun belə sağlamlıqlarına mənfi təsir etsə də,o səfərə-gəzməyə can atan baş bilənlər hələ də elmimizin inkişafının, tariximizi ümumtürk konteksində öyrənib, tədqiq etmənin qarşısını qəti inamla alırlar? Bəli, əfsuslar olsun ki, son hadisələr göstərdi ki, AMEA Rusiyanın B planının sığınacağına çevrilmiş durumdadır. Yenə də çoxlarına qaranlıq qalacaq. Qalanını köşədən bu yaxınlarda oxuya bilərsiniz. Sonda qeyd edim ki, AMEA-da kifayət qədər, millətinə, xalqına, elminə, milli kimliyinə bağlı olan sözün əsl mənasında ziyalılarımız, alimlərimiz var. Belə dəyərli insanlarımızın, maliyyə problemi olmamalı və sadəcə qarşılarını açmaq lazımdır! Nəticədə isə, qazanan Vətənimiz olar!
Hələlik bu qədər.
Hörmətlə, Cavid İsmayıl.

Digər xəbərlər
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti
08:44 İş və istirahət günlərinin yerləri dəyişdirildi