hemle

Qubadlının icra başçısı Malik İsaqov da gedir

Tarix:17-09-2020, 18:51
Baxış Sayı:649

Torpaqları işğal altında olan Qubadlı rayonunun icra başçısı Malik İsaqov vəzifəsindən alına bilər.



Bu barədə DİA.AZ-a yerli mənbələr informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, Malik İsaqovun ayağında maliyyə kəsiri var. Mənbənin dia.az-a söylədikləri: "Qubadlı RİH üçün ayrılan büdcə vəsaitlərinin xərclənməsində ciddi qanun pozuntularına yol verilib. Bunu dəfələrlə Maliyyə Nazirliyinin və Hesablama Palatasının ekspertləri də təsdiqləyib. Amma nədənsə bu barədə verilən rəsmi məlumatlar barəsində bu günə qədər hansısa hüquqi addım atılmayıb".

Mənbə iddia edir ki, amma son günlər İsaqov ciddi narahatdır: "Elə söhbət gəzir ki, başçını dəyişəcəklər. Həm də başçıdan "yuxarılar" mənimsənilən pulların hesabını da soruşur. Buna görə də rayon maliyyə idarəsinin müdiri də narahatdır".

Onu da qeyd edək ki, yaxın günlərdə bir neçə rayon rəhbərinin vəzifədən alınması gözlənilir. Onların sırasında Malik İsaqovun da adına rast gəlsək, təəccüblənməli deyilik.


ATESH,AZ

Digər xəbərlər
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti
08:44 İş və istirahət günlərinin yerləri dəyişdirildi