hemle

İCRA BAŞÇILARINDAN GÖTÜRÜLƏN PULLAR HARA GEDİR?

Tarix:9-05-2020, 16:28
Baxış Sayı:441

İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun evində aparılan axtarış zamanı külli miqdarda pul vəsaitləri aşkar olunub. İcitmaiyyətə ötürülən bu görüntülər rezonans doğurmaqla bərabər geniş müzakirələrə yol açıb.

Suallardan biri keçmiş icra başçısının ələ keçirdiyi milyonlarla vəsaitin gələcək aqibəti ilə bağlıdır. Korrupsiya, mənimsəmə, rüşvətlə əldə olunduğu qeyd olunan pulların müsadirəsi, dövlətə qaytarılması necə həyata keçirilir?

ONN media xəbər verir ki, Hüquq və İctimai İnkişaf Birliyinin rəhbəri, hüquqşünas Hafiz Həsənov azpolitika.info şərhində məmur həbslərində aşkar edilən pulların mənimsəmə, rüşvət alma və digər vəzifə cinayətləri ilə əldə edilmiş vəsaitlər hesab edildiyini bildirib. Cinayət əməli ilə əldə edilmiş bu vəsaitlər müsadirə edilərək dövlət büdcəsinə qaytarılır.

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev isə qeyd edib ki, büdcə təsnifatının gəlirlər hissəsində belə bir maddə var: “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar”.

Xatırladaq ki, dövlət nəzarət orqanları – Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti açıqladıqları hesabatlarda yerli icra strukturlarının müxtəlif yollarla təyinatından yayındırılan büdcə vəsaitlərinin qaytarıldığı barədə məlumat verirlər. Hesablama Palatasının 2019-cu ili əhatə edən audit hesabatında korrupsiya yolu ilə ələ keçirilmiş 70 milyon manatdan artıq vəsaitin 21 milyon manatının büdcəyə ödənilməsinin təmin edildiyi bildirilib.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir