hemle

Türkiyə xəstəxanasından Əli Həsənovla bağlı daha bir açıqlama

Tarix:12-09-2020, 10:54
Baxış Sayı:394

Xəbər verdiyimiz kimi, Prezidentin sabiq köməkçisi Əli Həsənov Türkiyənin "Siyami Ersek” ürək-damar xəstəlikləri xəstəxanasında müalicə və müayinə aldığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, demokrat.az məsələ ilə bağlı informasiya əldə etmək üçün "Siyami Ersek" ürək-damar xəstəlikləri xəstəxanası ilə əlaqə saxlayıb.

Tibb ocağından sayta bildirilib ki, sözügedən xəstəxanada Əli Həsənov adlı şəxs olmayıb. O da deyildi ki, xəstəxanada ciddi rejimdə müalicə alan pasiyentlər qeydiyyata düşür. Lakin Əli Həsənov adında kimsə pasiyent kimi nə xəstəxanaya müraciət edib və nə də həmin xəstəxanada qeydiyyata düşüb.

Xatırladaq ki, Ə.Həsənov avqustun sonlarında adıçəkilən xəstəxanada müayinə və müalicə aldığını mətbuata açıqlamışdı. O, Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli zamana ehtiyac olduğunu bildirmişdi.
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir