hemle

TÜRKİYƏDƏ QADAĞALAR YENİDƏN QÜVVƏYƏ MİNİR?

Tarix:9-09-2020, 23:32
Baxış Sayı:459

Artıq bir neçə gündür Türkiyə ərazisində COVID-19-a yoluxma və ölüm hallarında kəskin artım müşahidə olunur. Bu səbəbdən ölkə ərazisində tətbiq olunan qadağalar yenidən qüvvəyə minir.

ATESH,AZ saytı xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi tərəfindən COVID-19-a qarşı qabaqlayıcı tədbirlərlə bağlı yeni yol xəritəsi hazırlanaraq Türkiyənin 81 vilayətinin aidiyyəti qurumlarına təqdim edilib.

Bu tədbirlər çərçivəsində böyük şəhərlər də daxil olmaqla Türkiyənin hər bölgəsində kütləvi tədbirlərin keçirilməsi, iaşə obyektlərində canlı musiqi səsləndirilməsi qadağan olunub. Bu gündən etibarən Türkiyənin bir çox şəhərlərində olduğu kimi rəsmi rəqəmlərə əsasən 16 milyondan çox əhalisi olan İstanbulda da ictimai nəqliyyatdan istifadə edənlərin sayı və ictimai-iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılır.

Qaydaların tətbiqinə nəzarət məqsədilə hər bölgədə xüsusi qruplar fəaliyyət göstərəcək.

Qeyd edək ki, avqustun 31-də Türkiyənin orta məktəblərində yeni tədris ili distant qaydada başlayıb. COVID-19-la bağlı vəziyyətdən asılı olaraq ənənəvi təhsilin sentyabrın 21-dən məktəbəqədər və 1-ci siniflər üçün başlanması nəzərdə tutulur.

hemlemedia.az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir