hemle

Azərbaycanda ilk çipləşdirmə: “Cəmiyyəti fəlakətə aparacaq.

Tarix:6-09-2020, 22:01
Baxış Sayı:597

Xəbər verildiyi kimi, azərbaycanlı könüllü olaraq bədəninə elektron çip yerləşdirib.

Belə bir qərar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnnovasiya Agentliyinin rəhbəri Tural Kərimli tərəfindən verilib. Elektron çip onun əlinin üstünə dərialtı implant şəklində yeridilib. Çip T.Kərimlinin xaricidə iştirak etdiyi texnoloji sərgi çərçivəsində diqqətini çəkib və onun implant edilməsi məhz bu tədbir çərçivəsində həyata keçirilib. Maraqlıdır, qeyd olunan ilk hadisə çip yerləşdirmənin başlanğıcıdırmı?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətin fikrincə, çipləşdirilmə, assosiallaşdırılma, internetdən, hansısa texnologiyalardan asılı olmaq cəmiyyəti fəlakətə aparacaq: ”İstənilən halda yeni texnologiyaların tətbiqi bir tərəfdən xeyirlidir. Yəni insanın ümumiyyətlə, ruh halının daimi olaraq nəzarətdə saxlanması, yaxud onun harada olması ilə bağlı məlumatların toplanması, səhhətində gəlişmələrlə bağlı bilgilərin çox ani bir şəkildə emal edilməsi və s. baxımından çip yerləşdirilməsi insanlar üçün faydalıdır. Lakin bir məqamı unutmayaq ki, çipin yerləşdirilməsi ilə bağlı qərarı şəxsin özü fərdi şəkildə verməlidir. Yəni kiminsə istəyi, dəstəyi və yaxud basqısı altında edilməməlidir. Zənnimcə, elm və texnologiya inkişaf etdikcə, insan insan halından çıxmağa başlayır. Pandemiya dövründə uzun müddət məktəblər işləmədi, yenidən bərpa olunacaq, amma o problem yenə də qalır ki, insanların bir-birləri ilə yaxınlaşması və sosiallaşması arxa plana keçib. Pandemiya dövründə şəxsən hiss etdim ki, xeyli çatışmazlıqlar var. İnsanlarla bir araya gəlmədikdə hiss olunur ki, biz həqiqətən də insan halından uzaqlaşmış oluruq, assosiallaşma gedir. O çiplərin də belə geniş şəkildə tətbiqi nəticə etibarilə ona gətirib çıxara biləcək ki, insan özünü yeni texnologiyanın ixtiyarına buraxacaq. O texnologiya hətta insanın hara və necə getməsi, nə vaxt yuxudan durması, nə vaxt yeməsi məsələlərini həll etməyə başlayacaq.

Artıq insan dönüb maşın və ya robot olacaq. Şəxsən mən bunun tərəfdarı deyiləm. Bu baxımdan düşünürəm ki, çiplərin ifrata varacaq həddə tətbiqi insanlar arasında ən adi ülvi hisləri və duyğuları arxa plana keçirə bilər. Ona görə də insan necə varsa və elə qalarsa, daha məqsədəuyğundur. Əlbəttə ki, yeni texnologiyalardan istifadə edilməlidir. Lakin bunu beynimizi əvəz edəcək həddə qədər gətirib çıxarmamalıyıq. Azərbaycanda könüllü olaraq qeyd olunan şəxsin çipi dərisi altına yerləşdirməsi bir sınaqdır və onu təcrübə olaraq izləyəcəyik. Amma şəxsən mənə təklif edilsə ki, sizə çip yerləşdirilsin, bunun əleyhinəyəm, arzu etmirəm və istəmirəm. Mən daha çox insanların bir-biri ilə təmasda olduğu, insan halında yaşadığı cəmiyyət görmək istəyirəm. Çipləşdirilərək, assosiallaşdırılaraq internetdən, hansısa texnologiyalardan asılı olmaq cəmiyyəti fəlakətə aparacaq”.
Alçina Amilqızı
hemlemedia.az

Digər xəbərlər
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti
08:44 İş və istirahət günlərinin yerləri dəyişdirildi
08:41 “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir?
08:33 Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı
08:28 18-ci əsrdə tüğyan edən xəstəlik bu ölkəni CƏNGİNƏ ALDI
08:25 Tibbdə İNQİLAB - Virusları tutmaq mümkün oldu
08:22 Gündüz yuxusu olduqca FAYDALI İMİŞ - "Amma 30 dəqiqədən çox yatsanız..."
19:48 İnfarktı əngəlləməyin sadə yolu....