hemle

Aqil Abbas ağdamlılara müraciət etdi!!!

Tarix:5-09-2020, 22:48
Baxış Sayı:714

Əziz ağdamlılar!
İndicə Aysel Əlizadə adlı bir xanım yazıçının bir statusu ilə rastlaşdım. Statusu həm saytımızda paylaşdım, həm də 5 sentyabr qəzetimizdə oxuya bilərsiniz.

Bəybala Quliyev adlı 4 uşaq atası, Qarabağ qazisinin vəziyyəti çox ağırdı, ölümlə çarpışır. Həkimlərin rəyinə görə, bir aya qədər əməliyyat olunmasa öləcək. Əməliyyat üçün 115 min manat pul lazımdı və müalicəsi də Türkiyədədi. İlik xərçəngidi, doğma qardaşı da donordu.

Niyə sizə müraciət elədim? O, Ağdam uğrunda gedən döyüşlərdə qeyrətlə vuruşub. Ağdamda döyüşərək şəhid olan və ya qazi olan hər bir kəs ağdamlıdı.

Biz bu qardaşımızı xilas edə bilərik. Saytımızda onun telefon nömrəsi də var və «Kapitalbank»dakı hesab nömrəsi də.

Mən sizin vəziyyətinizi, maddi imkanlarınızı, hansı çətinlikdə yaşadığınızı bəlkə də hamıdan yaxşı bilirəm. Amma onu da bilirəm ki, bizim camaat heç vaxt heç kimi darda qoymayıb.

Eləcə də bütün qarabağlı dostlarımdan xahiş edirəm, Bəybala Quliyevin övladlarını atasız qoymayaq!

Hörmətlə:

Aqil ABBAS
(adalet.az)

ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir