hemle

Şiddətli töhmət alan təhsil nazirinin müavini işdən qovuldu

Tarix:5-09-2020, 13:55
Baxış Sayı:607

Prezident Qurbanqulu Berdiməhəmmədov Merdan Qovşudovu Türkmənistan Təhsil nazirinin müavini vəzifəsindən azad edib. Onun işindəki ciddi çatışmazlıqlar olub və vəzifəsinin öhdəsindən gələ bilməyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Türkmənistan televiziyasının “Vətən” xəbər proqramı yayıb.

Dövlət başçısı müvafiq qərarı bu gün Nazirlər Kabinetinin iclasında imzalayıb.

Qeyd edək ki, M.Qovşüdova şiddətli töhmət 4 gün öncə verilmişdi. Ona hətta çatışmazlıqları qısa müddətdə düzəldəcəyi barədə son xəbərdarlıq da verilmişdi.

Türkmənistan Prezidenti sənədi imzalayarkən bu sahədə çoxsaylı səhvlər olduğunu bildirib. Beləliklə, rəqəmsal təhsil sisteminin inkişafı tələblərə cavab vermir. Tədris fənlərinin bütün səviyyələrində istifadə olunan proqramları yenilənmir.

Türkmənistan lideri bu istiqamətdə həyata keçirilən işləri kəskin tənqid edərək təhsil sektorundan məsul olan , baş nazir müavini Purlı Ağamuradova vəziyyəti ətraflı təhlil etməyi və çatışmazlıqları düzəltmək üçün tədbirlər görməsini tapşırıb.
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir