hemle

"Hər gün Xocalıdır" - Allahşükür Ağa - Atəş.az

Tarix:18-02-2017, 12:09
Baxış Sayı:694

Xocalı sükutu



Bütün uşaqlara
Xocalı şəkildi indi...
Məktəb divarlarının bəzəyi nədir?
Xocalı şəkilləri.
Ən uzun çəkən çıxış hansıdır?
Xocalı haqqında danışmaq,
Hətta iclasda yatırlar
Bəziləri.


Gəlin, bu il danışmayaq,
Susaq.
Uzun danışıqlara vərdiş edən uşaqlar
Tutsunlar yaxamızdan
Nə baş verib, niyə susdunuz,
Səsiniz hanı? Desinlər.
Biz susaq,
Susaq, dodaqlarımızı elə qapıyaq ki,
Lap qəbir kimi.
Dartsınlar dodağımızı,
Desinlər, siz belə olan deyildiniz
Nə oldu ki, dinmədiniz?

Susaq
Sükutumuzdan Xocalı tökülsün.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı