hemle

YAŞLI İNSANLAR KORONAVİRUSA NECƏ QALİB GƏLİR? – ARAŞDIRMA

Tarix:30-08-2020, 08:31
Baxış Sayı:523

Uzunömürlülüyə meylli insanlar koronavirusla əlaqəli risklərə az həssas olurlar.

ATESH,AZ saytı xəbər verir ki, bu barədə Edinburq Universiteti və “Gero” biotexnologiya şirkəti araşdırma aparıb. Bildirilib ki, uzunömürlülüyə səbəb olan genetik mutasiyalar eyni vaxtda COVID-19-un daha yüngül gedişatına səbəb olur.

“Gero” şirkətinin qurucusu Pyotr Fediçevin sözlərinə görə, uzunömürlü insanlar (və onların övladları) xroniki xəstəliklərdən əhalinin orta səviyyəsindən daha az əziyyət çəkir. O hesab edir ki, bu genetik mexanizm ehtimal ki, koronavirus və digər təhlükəli infeksiyalarla mübarizə apara bilər.

Əlavə tədqiqatlar təsdiq edib ki, COVID-19-dan, hətta digər ağır xəstəliklərdən ölüm riski insanın bioloji yaşından asılıdır. Bu baxımdan mövsümi infeksiyalara və koronavirusa qarşı profilaktik tədbirlərə əlavə olaraq yaşlanma əleyhinə dərmanların istifadəsi tövsiyə olunur.(publika.az)
ATESH,AZ

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ