hemle

“NƏVƏ TOYU”NDA BU ŞƏXSLƏR DƏ İŞTİRAK EDİB: YENİ ADLAR – VİDEO

Tarix:29-08-2020, 23:13
Baxış Sayı:573

Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyundan üçüncü video artıq paylaşılıb.

ATESH,AZ saytı xəbər verir ki, Meydan TV tərəfindən yayılan videoda yeni simalar görünür. Meydan TV-nin təmsilçisi Həbib Müntəzir sözügedən toyda iştirak edənlərin növbəti siyahısını paylaşıb. Onun paylaşdığı siyahıda aşağıdakı şəxslərin adı yer alıb:

1. Nəsimi rayon icra başçısı Asif Əsgərov

2. DİN Baş Kadrlar İdarəsi rəisi, general-mayor Rafiq Abbasov

3. SOCAR-da sektor müdiri Anar Orucov

H.Müntəzirin daha öncə paylaşdığı toy iştirakçıları siyahısında aşağıdakı adlar yer almışdı:

Mustafayev Fərid Rövşən oğlu (Bəyin qardaşı, polis baş leytenantı)

Əliyev Bəxtiyar Həmzə oğlu (Ağdamdan deputat)

Əliyeva Kamilə Ramiz qızı (Akademikin qızı, BDU Sosial və pedaqoji psixologiya kafedrasının müdiri)

Əliyeva Səbinə Yaşar qızı (Azərbaycanın ombudsmanı)

Teymurzadə Aysel Məhəmməd qızı (Avroviziya iştirakçısı)

Mehdiyeva Nigar İsmayıl qızı (Akademikin gəlini, Bank “BTB” ASC-nin müşahidə şurasının üzvü)

Əliyev Fikrət Səftər oğlu (İlham Əliyevin qardaşı – sabiq MTN polkovniki)

Fəridə Əliyeva (Fikrət Əliyevin həyat yoldaşı)

Əliyev Orxan Fikrət oğlu (İlham Əliyev qardaşı oğlu, Ailə TV-nin rəhbəri)

Əliyev Səftər Fikrət oğlu (Deputat İlham Əliyevin qardaşı oğlu, “AQUA SAFE” və “E and S” şirkətlərinin sahibi)

Aqiyə Həbib qızı Naxçıvanlı (Deputat)

Gülçöhrə Məmmədova (Memarlıq və İnşaat Universitetinin rektoru).

Bu siyahıda adı çəkilənlərdən deputat Bəxtiyar Əliyev və Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova orda iştirak etməsi barədə yazılan xəbərləri təkzib ediblər.
ATESH,AZ

Digər xəbərlər
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir
14:19 Sabah 33 dərəcə isti olacaq
14:13 Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu
14:10 Yadplanetlilərlə bağlı sirr üzə çıxdı: ABŞ-ın silah proqramının bir hissəsi imiş
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?