hemle

"İnsan qərib ölkədə olanda vətəninin qədrini daha çox bilir"

Tarix:28-08-2020, 18:14
Baxış Sayı:605

Şəhla İsayeva: "Xaricdə ölkəmizin tanıtımını aparmaq azərbaycançılıq, vətənpərvərlik tələb edir"

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmalarını davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.

Layihə çərçivəsində Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti, “Universal travel” agentliyinin vitse-prezidenti, vətənpərvər diaspor üzvü Şəhla İsayevanın KANAL 5-ə açıqlamasını təqdim edirik.


Xatırladaq ki, Şəhla Rahib qızı İsayeva 1971-ci ildə Sabirabad rayonunda doğulub. İndiki Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 2005-ci ildə pakistanlı iş adamı Anislə ailə həyatı qurub. İki əkiz oğlanları var.
13 ildən artıqdır ki, Pakistanda yaşayan Şəhla İsayeva daima Azərbaycanının təbliğatını aparır.
Onu da əlavə edək ki, Şəhla xanım Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidentidir. Həyat yoldaşı isə Türkiyənin Sənayeçilər və İş adamları Dərnəyinin (TUMSİAD) Pakistan üzrə rəhbəridir. Eyni zamanda “Universal travel” agentliyinin prezidentidir. Şəhla İsayeva hər iki təşkilatda vitse-prezident olaraq təmsil olunur.
Şəhla İsayeva deyib ki, xaricdə yaşayan azərbaycanlılar istər-istəməz vətənpərvər olurlar: "Çünki insan qərib ölkədə olanda vətəninin qədrini daha çox bilir. Mən Pakistana ilk gəldikdə özümü çox pis hiss edirdim və darıxırdım. Çünki bizi burada azərbaycanlı yox, türk kimi tanıtmışdılar. Onlar azərbaycalıları tanımırdılar və mən də ağlayırdım. Və sonra, Allaha şükür ki, dünya miqasında tanınan bir ölkə olduq. Prezidentimizin gördiyi işlər, səfirliklərimiz, diasporumuz azərbaycançılıq ideyası əsasında təbliğat işi apardı. Xaricdə ölkəmizin tanıtımını aparmaq azərbaycançılıq, vətənpərvərlik tələb edir. Məsələn bu pandemiya dövründə bizi Diasporla İş üzrə Dövlət Komitəsi və səfirliyimizdən aradılar. Bizim bir qrupumuz var və məndən buradakı soydaşlarımızın vəziyyətini, halını soruşurdular. Bir çox soydaşlarımızı səfirliyimizə dəvət edib qeydiyyat apararaq lazımı dəstək göstərdilər. Yəni bunlar balaca işlər deyil. Dövlətimiz tərəfindən oydaşlarımıza olan böyük diqqətdir".
Şəhla İsayeva bildirdi ki, Azərbaycanın Pakistandakı səfirliyi ilə mütəmadi olaraq əlaqəli şəkildə çalışır və azərbaycançılıq ideyasını təbliğ edir: "Səfirliyimizin burada nə tapşırığı olursa, mən əlimdən gələni edirəm. Pakistandakı səfirliyimizin, eləcə də digər ölkələrin səfirliklərinin tədbirlərinə qatılıram. Biz Pakistanın Lahor şəhərində yaşayırıq. Lahorla İslamabadın arasında 400 km-ə yaxın məsafə var. Amma, buna baxmayaraq, dəvət olunan bütün tədbirlərdə iştirak edirəm. Orda Azərbaycanımız haqqında çıxışlar da edirəm, yerli xalqı məlumatlandırıram. Ayrıca səfirliyimizdən məlumat xarakterli çap materiallar götürüb Lahorda da paylayıram. Onlar bizim ölkəmiz haqqında eşitdikdə çox məmnun olurlar. Mən də bununla fərəh hissi keçirirəm".
Şəhla İsayeva deyib ki, Pakistan Azərbaycan kimi müsəlman ölkəsi olduğundan burada təbliğat aparmaq çətin deyil: "Mən gücüm çatan qədər Azərbaycanın təbliğatını aparıram və bundan sonra da bu işimi davam etdirəcəyəm. Artıq Pakistanda diaspor olaraq formalaşırıq. Düzdür, hələ diaspor təşkilatı burada yarada bilməmişik. Gələcəkdə, inşallah diaspor təşkilatı yaratmaq fikrindəyik. Amma diaspor təşkilat olmadan da ölkəmizi layiqli şəkildə təmsil edir və azərbaycançılıq ideyasını ailədə, ictimai həyatda və soydaşlarımız arasında təbliğ edirik".
Şəhla İsayeva bildirib ki, həyat yoldaşı ilə övladları da Azərbaycanı çox sevirlər və təbliğat işlərində ona çox kömək edirlər: "Azərbaycanın təbiəti çox gözəldir.
Ona görə hər bir soydaşımızdan istəyim budur ki, Vətənimizi sevsin, azərbaycançılığı qorusun, qədrini bilsin. Mənim burada işim Azərbaycanın müsbət imicini formalaşdırmaqdır. Çalışıram Azərbaycana Pakistandan turist və iş adamlarını yönləndirim. Burada Azərbaycanı hərtərəfli tərifləyirəm və nəticədə bu insanlar Azərbaycana gəlib iş qurmaq istəyirlər. Biz Azərbaycanın Pakistanda təmsilçisi olaraq böyük işlərdən tutmuş xırda işlərə kimi görürük".
ATESH,AZ





Digər xəbərlər
19:48 İnfarktı əngəlləməyin sadə yolu....
19:45 Bu şəxslər Türkiyəyə şəxsi maşınlarla gedə bilər
19:43 Hərbçilərimizin düşdüyü qəzada ölənlərin sayı 7-yə çatdı
19:32 Sabah Yasamalda qaz olmayacaq
19:27 Hər 7 gəncdən birində bu problem var: ölümlə nəticələnir
19:25 Putin: "KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi"
19:22 Parlamentdə U dönüşü: Deputatların "şparqalka"sını kim hazırlayıb?
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?