hemle

BAKIDAN XARİCƏ GEDƏNLƏRƏ ŞAD XƏBƏR: 40 MANATA…

Tarix:24-08-2020, 23:48
Baxış Sayı:1 278

Bakıda xarici ölkələrə getmək istəyənlər üçün dövlət tərəfindən koronavirus testinin aparılması üçün poliklinikalar ayrılıb.

hemlemedia.az saytı xəbər verir ki, bu poliklinikalarda test qiymətləri daha sərfəlidir. Belə ki, Bakıda 40 manata artıq üç yerdə test vermək olar. Bu testin cavabları uçuş üçün etibarlıdır. Bunlar :

– 1 nömrəli Şəhər Poliklinikası (Səbail ray, Bül-bül pr 8, əlaqə: 012 493 19 87);

– 10 nömrəli Şəhər Poliklinikası (Binəqədi ray, Azadlıq pr 176, əlaqə: 012 561 65 06);

– 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır (Nizami ray, Nəsimi küç 11, əlaqə: 050 840 71 87).

Test pulunu Azərbaycan Beynalxalq Bankının istənilən filialında ödəmək mümkündür. Bunun üçün aviabilet təqdim edilməlidir. Aviabileti olmayanlardan test götürülmür.

1 nömrəli Şəhər Poliklinikasın verilən məlumata görə, onlara bu gün aviabileti olan şəxslərdən test götürməklə bağlı təlimat gəlib. Amma hələki pasiyent qəbul edilmir: “Bizə təlimat yeni gəlib. Biz bir saatdan sonra müraciət edənlərə nə vaxt test vermək üçün gəlməli olduqlarını deyə biləcəyik”.

Poliklinikadan testin qiymətinin 40 manat olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, xarici ölkələrə aviabilet alan şəxslərin koronavirus testindən keçməsi mütləqdir. Buna görə vətəndaşlar yüksək məbləğ ödəməli olurdular. Özəl klinikalarda burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan testin qiyməti 100-150 manat arasında dəyişir. Məlumat üçün bildirək ki, yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır.
hemlemedia.az

Digər xəbərlər
19:48 İnfarktı əngəlləməyin sadə yolu....
19:45 Bu şəxslər Türkiyəyə şəxsi maşınlarla gedə bilər
19:43 Hərbçilərimizin düşdüyü qəzada ölənlərin sayı 7-yə çatdı
19:32 Sabah Yasamalda qaz olmayacaq
19:27 Hər 7 gəncdən birində bu problem var: ölümlə nəticələnir
19:25 Putin: "KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi"
19:22 Parlamentdə U dönüşü: Deputatların "şparqalka"sını kim hazırlayıb?
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?