hemle

Türkiyə ilə anlaşan ölkədə hərbi çevriliş: “Onu kimsə xilas edə bilmədi”

Tarix:20-08-2020, 10:13
Baxış Sayı:525

Afrikanın qərbindəki Malidə hərbi çevriliş baş verib. Ölkənin prezidenti və baş naziri həbs olunaraq istefa verməyə və parlamenti buraxmağa məcbur ediliblər. Bizim üçün bəlkə də maraqlı hadisə deyil, amma maraqlı detalları da var”.

ATESH,AZ saytı Teleqraf.com saytına istinadən xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspertin sözlərinə görə, Malidə bundan əvvəlki hərbi çevriliş 2012-ci ildə olub:

“Həmin çevrilişin rəsmi səbəbi hakimiyyətin islamçılara qarşı mübarizədə aciz olması imiş. Elə o zaman da ölkəyə islamçılarla mübarizə üçün Fransa hərbi kontingenti yeridilib. İndi qovulan prezident isə faktiki Fransanın marioneti olub və 2018-ci ildə təkrar seçilib.

Görünür, elə ona görə də qiyamı dəstəkləyən mühafizəkar siyasi müxalifət ilk növbədə Fransa qoşunlarının ölkədən çıxarılmasını tələb edir. Bir maraqlı detal da təxminən 10 gün əvvəl Türkiyə ilə Mali arasında hərbi əməkdaşlıq haqda müqavilə imzalanmasıdır, amma bunun çevrilişlə əlaqəsi haqda heç bir məlumat verilmir”.

Ərəstun Oruclu Malidə Fransa “5-ci kolon”unun güclü təsir dairəsinin olduğunu bildirib:

“Qiyamın ölkəni hara aparacağı hələ bəlli olmasa da, bir şey dəqiq aydındır ki, hətta xarici qoşunların himayəsinə sığınan hakimiyyət də heç nədən sığortalana bilməz. Fransa koloniyası olmuş Malidə fransız “5-ci kolon”unun miqyasını da təsəvvür eləmək yəqin ki, çətin deyil, amma heç o da xilas eləmədi”.

Müəllif: Mənsur Rəğbətoğlu
ATESH,AZ

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ