Türkiyə son iki ildə Yaxın Şərq, Şimali və Şimal-Qərbi Afrika və Afrika Buynuzu adlanan regionlardakı ölkələrlə - Somali, Eritreya və Cibuti ilə kifayət qədər intensiv əməkdaşlıq qurmağa müvəffəq olub. Bu, təkcə iqtisadi deyil, həm də siyasi və hərbi sahədə olan əməkdaşlıqdır”.
ATESH,AZ saytı Teleqraf.com saytına istinadən xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan hələ 2018-ci ildə Şimal-Şərqi Afrika ölkələrinə səfəri zamanı həmin bölgədəki tərəfdaş dövlətlərə “biz yeni geosiyasi düzənin yaranması dövrünə hazır olmalıyıq” mesajını vermişdi:
“Yeri gəlmişkən, həmin səfər zamanı Türkiyə prezidentini 200-dən çox türk iş adamı da müşaiyət etmişdi.
Türkiyənin Afrika siyasətindəki ardıcıllıq hazırda da özünü göstərir. Bu günlərdə Türkiyə daha iki Afrika ölkəsi ilə çox mühüm anlaşma əldə edib. Təsadüfi deyil ki, bunlardan biri Liviyanın cənubundakı Niger, digəri isə onun qərbindəki Əlcəzairdir və bu, Ankaranın Liviyadakı rolu ilə birbaşa əlaqəlidir.
Bu da təsadüfi feyil ki, Nigerlə əldə olunan anlaşmalar arasında hərbi əməkdaşlıq haqda razılaşma, Əlcəzairlə isə bu ölkənin silahlı qüvvələrinin sülhməramlı qismində Liviyaya daxil olması xüsusi yer tutur. Ankara Liviyadakı qiyamçı general Xəlifə Haftarı dəstəkləyən Fransaya qarşı Əlcəzair kartını işə salır”.
Ərəstun Oruclu qeyd edib ki, Əlcəzair Afrikada hərbi büdcəsinin həcminə görə birinci və dünyada silah idxalı həcminə görə ilk onluğa daxil olan ölkədir: “Bunları ona görə deyirəm ki, Qətərdən Əlcəzairədək geniş hərbi əməkdaşlıq qurmuş Türkiyə ilə Azərbaycan arasında isə hələ də işlək hərbi əməkdaşlıq proqramı yoxdur”.
Müəllif: Mənsur Rəğbətoğlu
ATESH,AZ