hemle

“BURDA MƏNƏM, BAĞDADDA KOR XƏLİFƏ” DEYƏNLƏRƏ… – CAVİD İSMAYIL YAZIR

Tarix:16-08-2020, 23:59
Baxış Sayı:872

atesh,az saytı ONN medya agentliyinə istinadən yayımladı.
Əfəndilər, hər birimizə bəllidir ki, neçə aylardır dövlətimiz məlum pandemiya səbəbindən hər gün milyonlarla manat vəsait itirir. Cənab prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bizim üçün əsas məsələ insanlarımızın sağlamlığı, insanlarımızın həyatıdır.

Dəfələrlə mütəxəssislərin rəylərinə əsasən müəyyən edilən qaydalara uyğun olaraq cənab prezidentin özü maska taxıb və qapalı yerlərdə maskada olmağın vacibliyini vurğulayıb. Doğrudur, indi insanlarımızın əksəriyyətinin maskadan istifadə etdiyini müşahidə edirik. Lakin dəfələrlə diqqətimi çəkən bir məsələ olub ki, bunu da hər zaman qeyd etmişəm.

Nazirlər Kabineti müəssisə və təşkilatlar üçün xüsusi iş rejimi müəyyən edib. Bu qaydalara əsasən ara məsafəsi qorunmalı, dezinfeksiya məhlullarından istifadə edilməli, iş yerlərinə daxil olan işçilərin hərarəti ölçülməli, yaş məhdudiyyəti, qrafiklə iş rejimi və s.təmin olunmalıdır. Məsələ ondadır ki, sosial şəbəkələrdə bir sıra idarə və təşkilatlarda müəyyən edilmiş xüsusi qaydalara əməl edilmədiyi mütəmadi işıqlandırılır. Ən acınacaqlısı və mən deyərdim faciəlisi odur ki, bu sırada dövlət təşkilatlarına da rast gəlinməkdədir. Elə bu baxımdan da sual doğur ki, Nazirlər Kabinetinin konkret bu tapşırığının icrasına hansı qurumlar nəzarət etməlidir? Dövlətimizin milyonlar itirməsi müqabilində insanların sağlığı ilə oynayan və ya dövlətin qayda – qanununa barmaqarası baxan, dövlət başçısının tapşırıqlarına əməl etməyən bəzi idarə və təşkilat rəhbərlərindən kim hesab soruşacaq? Düşünürəm ki, bu mexanizm mütləq qurulmalı və nəzarət edilməlidir. Yoxsa heç bir işə yaramayan, hələ də “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə yaşayan bəziləri nə dövlətin qərarlarını sayır, nə də ki, dövlət başçısının tövsiyyələrinə əməl edirlər.

Eyni zamanda mənə maraqlıdır, dövlət başçısı insanlara publik qaydada hansısa tövsiyələr verdiyi halda bəzi müəssisə və təşkilat rəhbərləri tabeçiliklərində olan kollektivdə prezidentin sözlərinin əksinə qərarlar qəbul etməklə görəsən ölkə başçısına, hökümətə və cəmiyyətimizə hansı ismarıcı vermək istəyirlər?

Təbii ki, mənim anlamımda belələri öz xislətlərinin əsiri olaraq əks addım atmaqla dövlətin ümumi işinə xələl gətirmiş olurlar. Və belə hərəkətlərin hədəfi Vətəndir!
Əfəndilər, əslində belə hallara göz yummaqla biz də günah işlədirik. Özlərini mütləq hakim hesab edən belələrini ifşa etmək, cənab prezidentin cağırışına qoşulmaq lazımdır. “Məmur özbaşınalığını mənə bildirin…” prezident İlham Əliyev.

Özlərini “Bağdadda kor xəlifə” hesab edənlərə sözüm isə budur, sizi nə bu Vətən, nə insanlarımız, nə hökümət, nə də ki cənab prezident bağışlamayacaq!

Cavid İSMAYIL
hemlemedia.az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir