Son günlər Azərbaycanda baş verən olaylar, neçənci kalonunsa insanlarimiz arasinda "rus qüdrəti" formalaşdirmalarina qarşı etiraz olaraq bu yazını yazmaq məcburiyyətində qaldim.
Dəfələrlə Qarabağ savaşında, iştirakçisi və şahidi olduğum döyüşlərdə, təlim görməmiş, könüllü döyüşçülərlə rusların cavabını layiqince vermişik.
Yaxın keçmişimizə nəzər saldıqda Qafqazı ruslar üçün cəhənnəmə çevirən qəhrəmanlar barədə insanlarımıza məlumat verilsə idi, bu gün bəzi xainlərin xalqımız arasında "rus xofu" yaratma niyyətləri baş tutmazdi. Bu qəhrəmanlardan biri, bəlkədə birincisi məşhur QAÇAQ KƏRƏM barədə söz açmaq istəyirəm.
Bir neçə gün öncə Sərdar Cəlaloğlunun rusların hücumlarına qarşı qəhrəmanliqla cavab verən, şücaət göstərən, Qafqazi ruslara çəhənnəmə çevirən Qazaxli Qaçaq Kərəm haqqında söylədiyi fikirlərdən sonra məndə bildiyim məlumatlari sizinlə bölüşmək qərarına gəldim.
Mənim babam Borçalının Faxrali kəndindən, Güller tayfasından Dəli Söyün kimi tanınan Hüseyin İsmayıl oğlu 18 il Qaçaq Kərəmlə çiyin-çiyinə mübarizə aparıb. Babam Hüseyin, Kərəmin atası İsgəndər Zaloğlu ilə qaçaq oldugu zaman taniş olur. Dəliqanlı gənc olan babamı İsgəndər oğlu Kərəmlə tanış edir. Qaçaq İsgəndər Çar əsgərləri ilə atışmada öldürülür. İsgəndərin dəfnində qəbristanlıqda baş verən atışmadan sonra Kərəm qaçaq düşür. Faxralı kəndinə dostu Hüseynin yanına gəlir. Bir müddət Qazax -Borçalı ərazisində qalsalar da vəziyyətin çətinləşdiyini görüb buralardan müvəqqəti olaraq uzaqlaşmağı düşünürlər. Babamın qardaşı Qurban Xorasanda təhsil aldığı üçün onun yanında qalıb bir qədər gözdən uzaq olmaq qərarında gəlirlər. Təxminən bir neçə ay Xorasanda qaldıqdan sonra 1904 cü ildə Gəncədə ermənilərlə baş verən qalmaqaldan xəbər tutub qayıdırlar.
Gəncə hadisələrinə qarşılıq Tiflis mühasirəsi
(1904-1905) kimi yaddaşlarda qalan, Tiflisdə erməniləri mühasirədə saxlayan dəstələrlə birlikdə böyük fəaliyyət göstərirlər. Bundan sonra ermənilərə qarşı barışmaz mövqe tuturlar. Ermənilərin Azərbaycan türklərinə qarşı açdıqları savaşa qarşılıq verirlər.
1915-1918-cı illərdə Erməni- Daşnaq qüvvələrinə qarşı amansız olub, kəskin mübarizə aparırlar.
YELDAĞI EMELİYYATI.
Türkiyədə yaşayan ermənilərdən 15000 nəfərlik dəstə yaradan Andranik dəstənin ilk 5000 nəfərini yanına alıb Azərbaycana hücuma keçir. 5000 nəfərəlik erməni ordusunun Borcalı ərazisindən keçəcəyini Kəpənəkçi Emin Ağaya xəbər verirlər. Emin Ağa dostlarını toplayır, Babamgil Kərəmin dəstəsi olaraq bu əməliyyata qoşulurlar. Faxralı və Kəpənəkçi kəndlərinin arasında yerləşən Yeldağında keçirilən əməliyyatda qanlı savaş başlayır. Bu savaşdan Azərbaycan oğullarının göstərdiyi savaş nəticəsində demək olar ki, Andranikin qoşunundan çox az erməni qacıb canını qurtara bilir. 5000 nəfərlik erməni ordusu tamamilə məhv edirlər. Erməniləri silahlandırıb yolladıqları əməliyyatdan böyük uğur gözləyən ruslar bu əməliyyatın məğlub olmasından çox qəzəblənirlər. Həmin əməliyyatın acı nəticəsinin ermənilərə qarşı döyüşmüş insanlara bağılanmayacağını bilən dəstə üzvləri, babamgil 1920-ci ildə bütöv dəstə ilə yeni qurulmuş SSRİ ərazisini tərk etmək, vətəndən getmək məcburiyyətində qalırlar. Əvvəlcə İrana gedirlr. Bir neçə ay orada qalsalarda İran hökuməti ilə anlaşa bilmirlər. Sonra Türkiyənin Kars vilayətinə köcürlər. Orada dəstə üzvləri ayrılır. Hərəsi bir vilayətdə, bir şəhərdə məskunlaşırlar. Babam Toqat vilayətinə köçür və vətənə dönənə qədər orada yaşayır. 1924-cü ildə dəstənin əfv olunması barədə bunlara xəbər verilir, 1926-cı ildə babam kəndimizə geri dönür.
GƏNCƏ ÜSYANI. QARAMA YOLU.
1930-cu ildə Faxralı kəndi ilə QARAMA deyilən kəndə yaxın yaylaq ərazisinə gələn iki nəfərlik nümayəndə ilə gizli görüş keçirilir. Görşün məqsədi Gəncədə baş verəcək üsyana Borçalıdan dəstək verilməsi olur. Görüşdə iştirak edən Faxralıların iki nəfəri mənim babalarım, Türkiyədən əfv olunub vətənə dönən Dəli Hüseyin və Xorasanda, sonra isə Bağdadda təhsil almiş alim qardaşı Şeyx Molla Qurban olur. Gəncədə Milli insanların əməliyyatının başlanacağı haqda məlumat düşmənə ötürülür, yəni satılır. (rəhmətlik nənəm deyərdi ki, çuğulladılar a bala) və görüşdə iştirak edənlər həbs olunur. Hüseyin babami gətirib Azərbaycanda Nargin adasinda, qardaşı Molla Qurbani Türkmənistanda, indiki Krassnavodsk şəhərində güllələyirlər.
Uzun illər Qacaq Kərəmin dəstəsində Daşnak-Bolşevik ordularına qarşı kəskin cəbhə açan bu azsayli dəstə barədə "rus qardaşlarının" qorxusundan təəssüflər olsun ki, heç bir yerdə bəhs edilmir. Bu günlərdə mövzunu Sərdar Cəlaloğlu səsləndirdi. Tariximizin şərəfli və arxivlərdə toz basmış məlumatlarını işıqlandırdığı üçün Sərdar Cəlaloğluna dərin təşəkkürümü bildirirəm.
Vətəni, xalqı üçün canından keçmiş, məzar yerləri belə bilinməyən qəhrəmanlarımıza uca tanrımdan rəhmət diləyirəm.
Bütün şəhidlərimizin ruhları qarçısında baş əyirəm.
Kamran Güllər
ATESH,AZ