hemle

“Kremlin Azərbaycan planı fiaskoya uğradı” – Bölgədə vəziyyət dəyişir

Tarix:14-08-2020, 22:25
Baxış Sayı:527

“Rusiyanın Tovuz hadisələri zamanı Ermənistana 400 ton həcmində silah-sursat göndərməsi göstərdi ki, bundan sonra Qarabağ münaqişəsinin həlli yönündə vasitəçi kimi heç bir müsbət addım atmayacaq. Moskvanın bununla da Azərbaycanı KTMT və Avrasiya İttifaqına cəlb etmək planı fiaskoya uğradı”.

ATESH,AZ saytı KONKRET.az saytına istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, Moskva-Bakı-Ankara formatı məhz Kremlin Ermənistan siyasətinə görə ciddi bir irəliləyişə nail olmadı:

“Təbii ki, Rusiyanın işğalçı ölkəyə təmənnasız silah göndərməsi, Azərbaycanı yeni siyasət ortaya qoymağa vadar etdi. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya dövlət başçısı Vladimir Putinə zəng edərək, narazılığını bildirməsi ölkəmizin xarici siyasətində dəyişikliklər edəcəyinin göstəricisi hesab etmək olar. Hesab edirəm ki, Azərbaycan bundan sonra Rusiyadan silah alışını dayandırmalıdır.

Moskvanın son addımları elan etdiyi regional siyasətinə də ziddir. Bu baxımdan, Türkiyənin məhz Tovuz təxribatlarından sonra Azərbaycanda öz hərbi iştirakını artırması təsadüfi deyil”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya Ermənistana görə öz geosiyasi planlarında ciddi yanlışlığa yol verdi:

“Rusiya elə zənn edirdi ki, bununla Azərbaycana təzyiqlər edəcək. Amma, Ankaradan verilən mesajlar Moskvanı düşünməyə vadar edir. Ankara birmənalı şəkildə Azərbaycanın yanında olacağını bildirdi. Hesab edirəm ki, Rusiyanın hava məkanından istifadə edərək Ermənistana silah göndərdiyi İran, Qazaxıstan və Türkmənistandan məsələ ilə əlaqədar izahat tələb olunmalıdır. Çünki Azərbaycan hər üç ölkə ilə sıx dostluq münasibətlərinə malikdir.

Əlbəttə baş verənlər proseslərə baxmayaraq, Azərbaycan Rusiya ilə qonşuluq və dostluq əlaqələrinin inkişafında maraqlı olacaq. Çalışacaq ki, Moskva ilə münasibətlər qaydasında olsun. Amma Kreml hər vəchlə ölkəmizə təzyiq etməyə səy göstərəcək. Amma bu təzyiqlərin bundan sonra uğurlu olacağına və ya effekt verəcəyinə inanmıram”.

hemlemedia.az

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR