hemle

“Terrorçular Qarabağda yerləşdirilir” – Bölgədə yeni gəlişmə

Tarix:10-08-2020, 12:12
Baxış Sayı:568

“Yaxın Şərqdən ermənilərin işğal altındakı torpaqlara köçürülməsi yolverilməzdir. Bu vətəndaşlar arasında həm də terrorçular var”.

hemlemedia.az saytı Teleqraf.com saytına istinadən xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert xatırladıb ki, Azərbaycan prezidenti ötən ay öz çıxışlarının birində qanunsuz köçürülmə siyasətini pisləmiş, ATƏT-in faktaraşdırıcı missiyasının son dövrlərdə regiona gəlməməsini tənqid etmişdi: “ATƏT-in faktaraşdırıcı missiyaları sonuncu dəfə 2005-2010-cu illərdə Azərbaycanın ciddi təhriki ilə işğal edilmiş ərazilərə gəlib.

Yəni Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı hesabatlarında qeyd olunub. Lakin artıq uzun müddət keçib və bu dövr ərzində Suriyadan ailələrin bölgədə yerləşdirilməsinə dair məlumatlar var. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır”.

Zaur Məmmədov hesab edir ki, işğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsi və beləliklə də ilhaqçı siyasəti həyata keçirməkdir: “Xarici İşlər Nazirliyi də avqustun 8-də erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi ilə bağlı məlumatlara münasibət bildirib.

İlk dəfə deyil ki, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır”.

Müəllif: Mənsur Rəğbətoğlu
hemlemedia.az

Digər xəbərlər
22:18 WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
22:15 Bu şəxslərə ömürlük 1500 manat verilir
22:13 Bu dərmanları pulsuz ALACAĞIQ
22:11 Miqreni olanlar bu qidaları yeməsin
22:04 Vatikan yeni Papanın taxta çıxacağı tarixi açıqladı
22:02 Prezident və xanımı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak etdilər - YENİLƏNDİ
21:59 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu - YENİLƏNDİ
21:54 Birinci sinfə qəbul: Müsahibələrdə uşaqlara hansı suallar veriləcək?