hemle

İKİ ÖLKƏNİN GİZLİ TİCARƏT SƏNƏDLƏRİ OĞURLANDI

Tarix:3-08-2020, 22:50
Baxış Sayı:518

ABŞ və Böyük Britaniya arasında ticarətə dair gizli sənədlərin oğurlanmasında rus hakerlər şübhəli bilinirlər.

ATESH,AZ saytı ONN media agentliyinə istinadən xəbər verir ki, bu barədə “The Telegraph” iki mənbəyə istinadən yazır.

Qəzetin yazdığına görə, sənədlər Britaniyanın keçmiş ticarət naziri Liam Foksun elektron poçtundan oğurlanıb. Eyni zamanda həmin sənədlər barədə məlumat Birləşmiş Krallıqda 2019-cu ildə keçirilmiş parlament seçkisi ərəfəsində üzə çıxıb.

Mənbələr bildiriblər ki, hakerlər ötən il iyulun 12-dən oktyabrın 21-dək Foksun poçt hesabına bir neçə dəfə daxil ola biliblər. Oğurlanan məlumatlar arasında Amerika və Britaniya tərəflərinin ticari danışıqlarını əhatəli şəkildə əks etdirən altı sənəd paketi olub.
ATESH,AZ

Digər xəbərlər
14:14 Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:03 İrəvanın Bakıya qarşı hiyləgər planı: Moskvaya “razıyam” mesajını göndərdi
13:43 Ermənistan sərhəddə eskalasiya əlaməti görmür: İrəvanın Zəngəzurla bağlı mövqeyi dəyişib?
10:46 Dünyada neçə ədər Mona Liza var? - Mona Liza haqqında bunları bilirdinizmi?
10:42 Prezident və xanımı İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini anıblar
10:35 Azərbaycandan Pakistana SİYASİ DƏSTƏK - Hindistanın hücumları pisləndi
10:33 DİN-dən əhaliyə xəbərdarlıq - Təhlükə var
10:31 Hitlerin intiharından saatlar öncə nələr baş vermişdi? - İlk dəfə açıqlanan sirlər