hemle

TRAMP “TİKTOK” ÜÇÜN 45 GÜN VAXT VERDİ

Tarix:3-08-2020, 22:41
Baxış Sayı:504

ABŞ Prezidenti Donald Tramp Çinin “ByteDance” şirkətinin məhsulu olan “TikTok”u “Microsoft”a satması üçün vaxt verib.

ATESH,AZ saytı ONN media agentliyinə istinadən xəbər verir ki,populyar qısa video platformasını ölkə miqyasında qadağan etmək təhdidindən geri addım atan Tramp 45 gün müddət tanıyıb.

“Microsoft”dan gələn açıqlamaya görə, Prezident tətbiqin qadağasını milli təhlükəsizliyə dair narahatlığı ilə əsaslandırıb.

Satış razılaşmasından xəbərdar olan 3 mənbənin “Röyters”ə verdiyi məlumata görə, Tramp tərəfindən tanınan müddət ABŞ-a “TikTok”a uyğun texnologiya hazırlanması üçün lazımdır.

Amerikalılar “TikTok”un çinli şirkətin mülkiyyətində ikən şəxsi bilgilərlə bağlı apardığı əməliyyatların milli təhlükəsizliyə təhdid yaratdığına dair təkidli açıqlamalar yayır.

Respublikaçılar Partiyasının liderləri ilə görüşən Tramp “TikTok” istifadəçisi olan gənclərin prezident seçkilərində dəstəyini itirməsindən çəkinərək qadağa fikrindən daşınıb.
ATESH,AZ

Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi