hemle

Araz Ağalarova məxsus Rusiyadakı ticarət mərkəzləri erməni məhsullarından imtina etdi

Tarix:23-07-2020, 23:08
Baxış Sayı:424

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan RBK-ya açıqlamasında “Eviniz” ticarət mərkəzlərinin rəflərindən Ermənistan istehsalı olan konservləşdirilmiş qida, mineral su və spirtli içkilərin çıxarıldığını deyib.

hemlemedia.az saytı KONKRET.az saytına istinadən xəbər verir ki, o deyib:

“Səhər saatlarında böyük erməni ixracatçıları bizimlə əlaqə saxladılar. Araz Ağalarova və qonşu ölkədən olan digər insanlara məxsus bütün “Eviniz” şəbəkəsinin ticarət mərkəzlərindən Ermənistan istehsalı olan bütün məhsulların çıxarıldığını dedilər”.

“Bu gün merçendayzerlərimiz məhsullarını göstərmək üçün şəbəkəyə daxil olan ticarət mərkəzlərinə gediblər və məhsullarımızın – mürəbbələrin, cemlərin, kompot və digər konserv məhsullarının rəflərdə olmadığını anlayıblar. Beləliklə, şəbəkənin bütün altı mağazasında olduq – hər yeri gəzdik. Heç bir yerdə, heç bir mağazada mal yoxdur. Dərhal mineral su, alkoqol satan bütün tərəfdaşları soraqladıq – oxşar vəziyyətin olduğunu, yük maşınlarının geri qaytarıldığını, malların qəbul edilmədiyini dedilər” – bu sözləri isə “Armtorq”un baş direktoru Alexander Babayan RBK-ya bildirib.
ATESH,AZ

Digər xəbərlər
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş