hemle

Təxribatçı, qaraguruh, radikal, "erməni" - Raşad Mamedov əslində kimdir?

Tarix:15-07-2020, 19:16
Baxış Sayı:572

İçi bəndəniz qarışıq belə bir video material yaydı saytlarımız və müstəqil jurnalistlərimiz. Votsap üzərindən yayılan məlumatda, azərbaycan dilində danışan biri, Tovuzda filan diviziya məhv edildi deyib ağlayır, çağırış edir. Insanları üsyana, etiraza səsləyir. Səfərbərlik tələb edir.

Adam fizioloji cizgilərinə görə ermənidir ki, durub. Ancaq FB üzərindən olan hesabda azərbaycanlı olduğunda israr edir. Və…

…Vəsi bu ki, şərəfin, ləyaqətin harasında olduğu bilinməyən bu məxluq onun barəsində yazan hər kəsi beşmərtəbəli söyür.

Sual yaranır, təxribatçıdır, qaragüruhdur, ermənidir, kimdir Rəşad Mamedov adlı bu adam?

Aidiyyatı qurumlarımıza üz tutaq, araşdırmalarını və cəzalandırılmasını tələb, tələb edək. Əldə edə bildiyim ilkin məlumata görə Avropada yaşayır. Azərbaycanlı olduğu bir, erməni olduğu ikinci versiyadır. Üçüncü versiya da var, satılmış biri də ola bilər. Istənilən halda şübhəli məxluqdur. Çünki edilməsi lazım olmayan üç şeyi edib:

– Siyasi rəhbərliyə qarşı çağırışlar səsləndirib;

– Daxildə təxribat yaradan mövzuları tirajlayıb;

– Hərbi sirr olan mövzuda danışıb.

Bu üç mövzunu bilərəkdən tirajlayan şəxslər birmənalı ciddi şübhə obyekti olmalıdırlar.

Sizlərəsə heç nə demirəm. Diqqətinizə əlahəzrət faktlardan doğan sualları təqdim edirəm.

Müharibə aparan ölkədə klaviatura qəhrəmanlığı edən belə bir “sima” Azərbaycanın dövlət başçısını müxtəlif fotoşəkillərdə təhqir edirsə, üstəlik “fake nyus” – yalan xəbər tirajlayırsa, o kimdir? Nəylə məşğuldur?

Danışdıqlarını guya milli “təəssübdən” deyən adam hansı ağılla hərbi hissə adını açıq tirajlayır? Bu hərbi cinayət deyilmi?

Təbii bu mövzuda hər kəsi öz vicdanına, öz ədalətinə buraxırıq. Amma mən öz payıma, bu ləyaqət dağarcığına inanmıram. Ola bilər erməni deyil. Amma belə azərbaycanlı da üz qarası, millət ləkəsidir.

Belə “fake nyus”la məşğul olanlar ermənidirlərsə, azərbaycanlıdırlarsa da, mütləq cəza almalıdırlar. Əgər ki, xaricdə yaşayır və azərbaycanlıdırsa, onu tapmaq cəzasını, qanun çərçivəsində kəsmək yenə də dövlətin, qanunun işidir. KONKRET,az

Jalə Mütəllimova,
ATESH,AZ

Digər xəbərlər
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?
09:37 "TikTok" yetkinlik yaşına çatmayanlara gözəllik filtrlərindən istifadəni qadağan edəcək
09:33 "Instagram"dan yeni sevindirici funksiyalar
09:28 Azərbaycanda 29 yanvara seçki təyin edildi
09:24 Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
09:20 Namizədlərin irəli sürülməsi prosesi başlayır
09:18 Rusiya qüvvələri bu istiqamətdə müdafiə xəttini yardı - Hədəf Xarkovdur
09:09 Yunanıstan Rusiya silahlarını Ermənistana verir? - Zaxarovadan açıqlama