hemle

İVANİŞVİLİ AZƏRBAYCANLIYA VƏZİFƏ VERDİ

Tarix:8-07-2020, 00:22
Baxış Sayı:601

Marneulinin majoritar deputatı Ruslan Hacıyev Marneulidə “Gürcü Arzusu” partiyasının seçki qərərgahının rəhbəri təyin olunub.

ATESH,AZ saytı ONN media agentliyinə istinadən xəbər verir ki, bu barədə Ruslan Hacıyev Marneuli radiosuna müsahibəsində bildirib.

O deyib ki, partiyanın seçki qərərgahının rəhbəri olması ilə bağlı əvvəlcədən məlumatı olub. Hacıyev 6 iyul tarixində “Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişvili tərəfindən rəsmi olaraq, Marneulidə yerləşən seçki qərərgahının rəhbəri vəzifəsinə təyin olunduğunu təsdiq edib:

“Demokratik Gürcü Arzusu partiyasının seçki qərərgahının rəhbəri təyin olundum. Bu birinci dəfə deyil, mən hər dəfə seçki qərəgahının rəhbəri oluram. Biz yenilməyi bilmirik, hər zaman qalib gəlməyi bilirik. Bu dəfə də qalib gələcəyik”, – deyə Ruslan Hacıyev bildirib.

ATESH,AZ

Digər xəbərlər
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq