hemlemedia.az saytı Fedai.az saytına istinadən yayımladı
…100 ildir onun ssenarisi işləyir, qan tökülür.
Birinci Dünya Müharibəsində döyüşlərlə yanaşı kəşfiyyat mübarizələri də gedirdi. İngilislər öz kəşfiyyat idarələri ilə yanaşı, Qahirədə Ərəb bürosu ilə birlikdə Yaxın Şərqdə baş verən hadisələri nəzarətdə saxlayırdılar. Osmanlı imperiyasının bu ərazidə fəaliyyət göstərən xüsusi kəşfiyyat idarəsinin Əşrəf Səncər (Quşçubaşı) adlı casusuna qarşı olaraq ingilislərin də T.E.Lourens və Gertrud Bell kimi casusları da orada fəaliyyət göstərirdilər.
Lourens necə məşhur oldu?
Birinci Dünya Müharibəsi dövründə İngilisləri müxtəlif bölgələrdə fəaliyyət göstərən casuslarının içərisində ən çox məşhur olanı Lourens idi. Lourens 1918-ci ildə müharibə müxbiri kimi bir çox sənədli film və foto çəkmişdi. Onun işləri bir çox ölkələr gəzərək onu məşhur bir simaya çevirmişdi. Lourens öz xatirələrində Yaxın Şərqi dəyişdirən adam kimi təqdim etməsi və digər casusların işlərini özünün etdiyi kimi təqdim etməsi onu dünyada məşhur etmişdi. Bəzi yazarlar Lourensi partizan müharibələrinin yaradıcısı kimi təqdim edirlər. Ona həsr olunmuş Ərəbistanın Lourensi adlı filmi 1962-ci ildə çəkilib və Oskar mükafatına layiq görülüb.
Lourens kimdir?
Tomas Edvar Lourens 1888-ci ildə İngiltərənin Qaller bölgəsində düsnyaya gəlib. Uşaqlığının müxtəlif ərazilərdə keçməsi səbəbi ilə fərqli dilləri və mədəniyyətləri öyrənmişdi. Oksfordda təhsil aldığı müddətdə iki şərqşünas ilə tanış olub. Bunlardan biri ərəbşünas professor Devid Marqolot digəri arxeoloq və eyni zamanda ingilis kəşfiyyatında məsləhətçi kimi çalışan D.G.Hoqart idi.
Hoqartla yaxın münasibətdə olması onun düşüncəsinin formalaşmasında böyük rol oynamışdı. Hoqartın başçılığı ilə Suriyada Xaç yürüşü oxşar fəaliyyətlərdə iştirak edib. Lourens Oksfordda bir dostundan və bir səyyahdan ərəb coğrafiyasında necə hərəkət etməklə bağlı məllumat aldıqdan sonra 1909-cu ildə Osmanlı imperiyasına yola düşür. Səyahətini Beyrutdan Hayfa ya qədər məsafəni bir rota daxilində həyata keçirib.
Bu səyahət boyunca Lourens ərəblər kimi yeyib içib, onlar kimi geyinməyə başlayıb. Lourens ikinci səfərini Urfa, Hatay, Lazkiyə və Şama edib. Bu ərəfədə o, ərəb dili biliklərini də inkişaf etdirib. Daha sonra Lourens kəşfiyyatçıların istəyi ilə arxeoloji qazıntılara qoşularaq ərazi ilə yaxından tanış olub. Ərəb dilini öyrənməyə davam etmək üçün o Beyrutdakı Amerikan missioner məktəbinə getməyə başlayır. Bu arada Lourens Hoqart ilə ərazini tanımaq üçün səfərə çıxıb. Bu səfərlər arasında Bədəvilərə qaynayıb qarışması Osmanlı imperiyasının rəhbərlərinin diqqətini çəkdi və o 1913-cü ildə bir müddət həbs olundu. Lourens 1914-cü ildə birbaşa olaraq ingilis kəşfiyyatının əmrinə girərək Sinadakı keçidləri və su quyularının yerlərini müəyyən etmək üçün aparılmış işlərdə iştirak edib. Birinci Dünya Müharibəsinin başlaması ilə Hoqartın məsləhəti ilə Qahirədə Ərəb bürosu adını almış əsgəri kəşfiyyatda öz fəaliyyətini davam etdirib.
Ərəblər və Lourens
Ərəb bürosunda leytenant rütbəsində fəaliyyətə başlayan Lourens əsir götürülmüş Osmanlı əsirlərini sorğu-sual edirdi. Bu sıralarda kapitan rütbəsini alan Lourensin məhdud səlahiyyətləri var idi. Onun ilk vacib vəzifəsi Kutül Amarada ingilisləri mühasirəyə alan Xəlil Paşa ilə sövdələşmə aparmaq olub. Lourens ilk olaraq Xəlil Paşaya 1 milyon ardınca isə 2 milyon fumt sterlinq təklif etmiş ancaq Xəlil Paşa bu təklifi rədd etmişdi. Hətta Xəlil Paşa bu təklifi yayaraq ingilislərin qazanılmış etibarını zərbə vurmuşdu. Bu arada Lourens ərəbləri ingilislər ilə iş birliyində olmağa sövq edirdi. Bu səbəbdən özünü sevən və kələkbaz olan Məkkə əmiri olan Şərif Hüseyn ideal müttəfiq kimi seçilmiş və sövdələşmələr başlamışdı.
Məkkə əmiri Şərif Hüseyn 100 min əsgər ilə qiyama qalxacağını söyləsə də Lourensin qeydlərinə görə əsgərlərin sayı 15-20 mini keçməmişdi. Lourens 1916-cı ildə Şərif Hüseynin İyun ayındakı qiyamından sonra Hicaza gedərək iyul ayında Hüseynin dörd oğlu ilə görüşür. Qahirəyə qayıtdıqdan sonra isə şəxsən onu Osmanlılardan narazı olan ərəbləri Hüseynin ətrafına toplamaq üçün onlara qızıl və pul verilməsi ilə vəzifələndirmişdilər. Lourens Hüseynin oğlu Faysalın ordusunda rabitə zabiti kimi vəzifə tutacaqdı. Buna görə də İngilis qızılları ilə Bədəviləri Hüseynin tərəfinə çəkməyi bacarmışdı. İngilislər 1916-1917-ci illər arası Hüseynə və qəbilə başçılarına 1.318.000 funt sterling göndərmişdilər. Lourens bu fəaliyyətin ingilislər tərəfindən həyata keçirildiyini gizlətmək üçün ərəblərin adətlərini tamamilə mənimsəmişdi. Bu şərait ərəblər tərəfindən təqdirə layiq hesab olunurdu.
Lourensin xatirələrinə nəzər yetirsək görərik ki, o özünü ərəb üsyanın tək başçısı və təşkiltatçısı kimi təqdim edirdi. Halbuki ərəbləri təşkilatlandıran başqa zabitlərdə var idi. Lourens dəmir yolu xəttlərinə zərbə endirərək Mədinədəki türk ordusunun Şamla əlaqəsini kəsməyə çalışırdı. Lourensin ən böyük uğuru 1917-ci ilin iyulunda Akabey şəhərini alaraq üsyankar ərəblər ilə Şərif Hüseyn arasında əlaqə yaratması olmuşdur. Bundan sonra onun vəzifəsi Fələstindən Şama doğru irəliləyən General Allenbinin ordusunun Faysalın ordusuna dəstək verməsi idi. Ərəblərin “El Aurens” və qızılları daşıyan adam kimi adlandırdıqları Lourensin vəhşi davranışları üzə çıxmağa başladı. Ərəb bületeninin 106-cı sayında 1918-ci ilin sentyabrında 4 orduya həyata keçirilmiş hücumlarda bütün türk əsgərlərinin əsir alınmadan öldürülməsi əmrini vermişdir. Bu hücumlarda 5000 türk əsgəri həlak olmuşdur. Lourens bu addımı türklərin Tel Arar adlı ərəb kəndində həyata keçirdikləri qətliama cavab olaraq atdığını bildirmişdi.
Döyüşdən sonra Lourens
Döyüşlər bitdikdən sonra Lourens Londona qayıdaraq Şərif Hüseynin oğlu ilə üç ərəb dövlətinin qurulması istiqamətində işlərə başladı. İngiltərəyə gələn Faysal ilə məsləhətləşmələr apardı. Lourens İsrail hökumətinin ərəblərin rifah səviyyəsində mühüm rol oynaya biləcəyini müdafiə edirdi. Buna görə də yəhudilər və ərəblər arasında vasitəçilik missiyasını öz öhdəsinə götürmüşdür. Lourensi polkovnik rütbəsinə qədər yüksəldən ingilis kəşfiyyatı döyüşlər bitdikdən sonra onu təşkilat sıralarından uzaqlaşdırdı. Kimliyini gizlətməyə çalışan Lourens Hava qüvvələrinə daxil olmaq istəmiş lakin şəxsiyyəti məlum olaraq tank qüvvələrinə keçmişdir. Lourens 1927-1930-cu illərdə Hindistanda xidmətə başladı. Lakin Lourensə tamamilə fərqli məmur vəzifəsi verilmişdir. Lourens təqaüdə çıxdıqdan üç ay sonra motosiklet qəzasında ölmüşdür. Hətta ingilis kəşfiyyatının bir ssenarisinə görə Lourens başqa pasport ilə öz həyatına davam etmişdir.
Lourens necə qəhrəman oldu?
Türklər Lourensi əfsanələşdirmiş və Şərif Hüseyn üsyanının başçısı hesab edirdilər. Həmin dövrdə Lourens haqqında film çəkilmiş ancaq film çıxandan sonra ona qadağa qoyulmuşdur. Yalnız 1991-ci ildə həmin film ekran üzü görmüşdür. Türk hökumətinin bu laqeyd münasibətinə görə Türk ictimaiyyəti həqiqətlərdən uzaq olur. Lourensin “Müdrikliyin Yeddi Sütunu” adlı kitabında ingilis kəşfiyyatının istəyi ilə bir çox məqamlara yer verməmişdilər. Kitabda türklərə qarşı nifrət ərəblərə qarşı istiqanlılıq ön plana çıxır. Əlavə olaraq kitabda yalanlara, iftiralara yer verilmişdir. Lourensin üsyandakı rolu Hicaz dəmiryolunun dağıdılması və Türk ordusuna qarşı hücumlar olmuşdur. Ən böyük uğuru isə Akabey şəhərinin alınması ilə ona mayor rütbəsi verilməsi olub. Şam şəhərinin 1916-dan 1918-ci ilə qədər işğalında onun böyük əməyi qeyd olunsa da onun bu fəaliyyətdən xəbəri yox idi. Üsyanın qalxmasından sonra bir il müddət ərzində Lourens Qahirə, Ciddə və Süveyşdə yaşamışdır. İngilis kəşfiyyatının qeydlərinə görə Lourens Osmanlı kəşfiyyatı tərəfindən müəyyən edilmişdir. Lakin Osmanlı qeydlərində bununla bağlı heç bir məlumat yoxdur. Əslində isə Lourensin əsgəri və məlumat toplamaq kimi fəaliyyətləri çox qısa müddətdə həyata keçirildiyi ehtimal olunur. Bütün bunların ingilislərin Yaxın Şərq siyasətinin döyüşlərdən sonra belə Lourensin düşüncələrinə görə həlledici olmaması kəşfiyyat tərəfindən xüsusilə ortaya çıxmasına imkan yaratdı. İngilis kəşfiyyatının digər bir casusu olan “Çöl Kraliçası” kimi tanınan Gertrud Bell Yaxın Şərqin sərhədlərini müəyyənləşdirməkdə təsiredici qüvvəyə malik olsa da nədənsə Lourensin daha məşhur olması maraqlı bir haldır.(faktor.az)
atesh,az