hemle

Elli Atayurd - Səsimə səs verin ,Turan ellərim ... ATƏŞ.AZ

Tarix:1-02-2017, 16:26
Baxış Sayı:928

Könül

Dolaşıb gəzərsən məndən sormazsan.
Dostda,aşinada itənsən,könül.
Mənə gətirdiyin dərdə dözməzsən,
Dərdinlə dərdimi atansan,könül.

Baxmazsan həm sağa,sola uçarsan,
Ləyaqət donunu ucuz biçərsən,
Dünya bir ovuc su,alıb içərsən,
Nehirdə,dəryada batansan,könül.

Dostunla düşmənin seçə bilmədin,
Şirini şərbət tək içə bilmədin,
Haqdan,həqiqətdən keçə bilmədin,
Doğru,düz ilqara çatansan,könül.

Ahu tək gəzərsən çölləri düzü,
Qıy vursan,qartaltək gülər Göy üzü.
Önündə səcdədə ildırım özü,
Gülü bül-bülünə qatansan ,könül.

Muğama yodaşsan,Saza qardaşsan,
Mizrabda ləliyən ,simdə savaşsan,
Zildə tam haraysan,bəmdə barışsan,
Laməkan,görünməz,tutansan,könül.

Həsrətəm güneydən əsən yellərə,
Bozqurdum ulayan ulu Göylərə,
Canım fəda olsun Turan ellərə,
Çox dərin yatmısan,utansan,könül.

Gəl səfər eyləyək Baş qurd yurduna,
Bir Günəş söyləyək ocaq oduna.
Bütün türk boyları çatsın dadıma,
Gök Börü yurduna yetənsən ,könül.

Türkiyə Turana qol ilə kürək,
Canım Azərbaycan beyinlə ürək,
Bütün türk ellərin Birlikdə görək,
Onda sən Ellini ötənsan,könül.

Səsimə səs verin,Turan ellərim

Macardan uyğura ,çuvaş saxaya,
Səsimə səs verin ,Turan ellərim.
Atilla ,Babəkdən,Gürşad ,Kağana,
Səsimə səs verin ,Turan ellərim.

Qazağım,özbəyim,qırğız,tatarım,
Qaqauz,başqırdım,tabasaranım,
Kumık ,noqay,kərkük –təkə türkmanım,
Səsimə səs verin ,Turan ellərim.

Irəvan,Borçalı,Dərbənddir dağım,
Dərələzim ,Göycəm ,Təbrizim ,Ağrım,
Həmədan ,Urmudan “Urfa” bağırım,
Səsimə səs verin,Turan ellərim.

Hatay,Trabzondan baxam Mərəndə,
Bir salam söyləyəm Vana ərəndə,
İstanbul ,İzmirdən Qarsa dönəndə.
Səsimə səs verin ,Turan ellərim.

Qazağım ,Astaram,Gəncə,Yevlağım,
Zaqatala,Quba,Şəki oylağım,
Qarabağ ,Kəlbəcər,Şuşa yaylağım,
Səsimə səs verin ,Turan ellərim.

Ankaradan duram ,Krıma baxam,
Orxon –Yeniseydən tarixə axam.
Bakı ,Ufa,Kazan,yakutla,saham,
Səsimə səs verin ,Turan ellərim.

Saraktaş ,Sakmara ,Yaik ,Uralım,
Kurqan ,Buquruslan ,Kuşkula varım,
Kumer taularım,can Çeboksarım,
Səsimə səs verin ,Turan ellərim.

Şəmsi Təbriziyəm ,Əmrə ,Nəsimi,
Şumer tariximdir,ruhum Nəimi,
Atatürkdən soram Məmməd Əmini,
Səsimə səs verin ,Turan ellərim.

Zərdüştdən İnsanlıq Xeyir davası,
Dədəm Qorqudumdan qopuz havası,
Ağsaqqal öyüdü,xeyir duası,
Səsimə səs verin ,Turan ellərim.

Təbrizdə aşıqdır,Türkdə ozandır,
Dərbəndin saz sözü,Göy Oğuzdandır.
Attila ,Hun,Gürşad tarix yazandır,
Səsimə səs verin ,Turan ellərim

Muğamım Mütləqdə Haqqın səsidir,
Insanı var edən ruh nəfəsidir,
Şərqin ruhundakı dörd kəlməsidir,
Səsimə səs verin ,Turan ellərim.

Ege ,Xəzər ,İtil ,Bejbulak,Ural,
Sibir,Altay,Amur,Sırdərya,Aral,
Kuban,Terek,Fərat,Araz ,Poylu yal,
Səsimə səs verin ,Turan ellərim.

Əzəli ,əbədi Mütləq İnamlı,
İnamı xeyirə ,..İnsan məallı,
Türk oğlu türk ruhlu özü olmalı!!!
Səsimə səs verin ,Turan ellərim.

Sonu yox

Suallar başımda dağdan axan sel,
Bir kələf--dolaşan ,önü sonu yox.
Birmidir - beşmidir fırtınalar tək,
Dalğalar şah duran,önü sonu yox.

Hanı dağdan uca dağ dağlığımız?
Hanı ormanlarda sirri-sorağmız?
Hanı göylərdəki azadlığımız?
Təbiət Mənadan-önü sonu yox.

Özgəyə bənzəmək özünü danmaq,
"Şərəf şərafətmiş" yada yalmanmaq,
Yalmanıb yalanıb,dalda yallanmaq,
Çoxmu yal yalayan?önü sonu yox.

Dünyanı dünyalıq yaradır inan,
İnsanlıq olmasa var olmaz İnsan,
Həyatın Mənası---Amal yaradan,
Əbədi var olan,önü sonu yox.

Vətənsiz Vətənli vətənpərvərlər
Vətəndə vətənsiz Vətən bilməzlər
Vətən Vətənlini Vətəndə bilər
Vətənimdir Turan,önü sonu yox.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ