hemlemedia.az saytı Fedai.az saytına istinadən yayımladı...
Tarixçi Vasif Qafarov ötən həftə «Space TV»in efirində yayımlanan “Sadə həqiqətlər” verilişində Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı bir sıra məqamlara toxunub. O, İrəvanın Ermənistana güzəştə gedilməsini tarixi səhv kimi dəyərləndirib.
Vasif Qafarovun səsləndirdiyi bu kimi fikirlər digər tarixçilər tərəfindən birmənalı qarşılanmayıb.
Həmkarları onu tarixi məqsədli şəkildə təhrif etməkdə və verilişdən sonra bu məsələ haqqında açıqlama verməməkdə ittiham ediblər. Vasif Qafarova sərt etirazını bildirənlərədən biri də tanınmış tarixçi Elmar Həsənli olub.
O, öz facebook səhifəsində aşağıdakıları yazıb:
-Əziz dostlar, mən tarixçi alim Vasif Qaforuvn Space Tv-də 19.06.2020 tarixli 29 dəqiqəlik çıxışı ilə bağlı öz facebook səhifəmdə iradımı yazmışam. Bunu onun özünə də demişəm. Yazım ortadadır və bu yazıda ona qarşı heç bir təhqiramiz və kobud ifadədən belə istifadə etməmişəm. Etika çərçivəsində iradımı bildirmirşəm. Və bu iradımı onun 29.05.2020 tarixli “Laf “Tv-dəki çıxışı ilə son çıxışını təhlil edib fikir bildirmişəm. Mənə bunun müqabilində «Space Tv-də fikirlərim konteksdən çıxarılıb təhrif olunub» deyib. Çox yaxşı, bunu başa düşürəm. Amma «bununla bağlı açıqla yazın, öz etirazınızı facebook səhifənizdə bildirin» ifadəmə hələ susması və bununla bağlı açıqlama verməməsi onu suçlu olduğunu və bu ifadələri işlətməsi, özünü sığortalamaq üçün fikirlərim təhrif olunub deməsi gülüncdür. Özünə hörmət edən alimə yaraşmayan ifadələrdi. Space tv-nin 19.06.2020 tarixli çıxışın 19 dəqiqə 55 saniyəsində söylədiyi fikirləri burda sizə xatırlatmağa məcburam: »İrəvanın ermənilərə verilməsini heç kim əsaslandıra bilməz ki, Azərbaycan milli şurasının bu qərarı doğru-düzgün qərar idi və İrəvan ermənilərə verilməli idi heç kim buna haqq qazandıra bilməz. Heç kim əsaslandıra bilməz ki, Azərbaycan milli şurası düz qərarlar qəbul etdi. Yəni İrəvanın ermənilərə verilməsi böyük bir səhv idi». Bu ifdələr verliş boyu dilinizdən çıxan ifadələrdi, Vasif Qafarov. İfadələr ortada ola-ola mənim fikirlərim təhrif olunub deyirsiniz. Və sonra Hacınski və Rəsulzadə çıxılmaz vəziyyətdə imza atdılar deyirsiniz. Aparıcının Çörçil və Heydər Əliyev də belə çıxılmaz vəziyyətlərdə belə addımlar atmayıb sualına əgər tarixi şəxsiyyətləri zaman və məkan konteksindən ayırıb belə addımlar atamazdı deyib üz-üzə qoyursunuzsa, bu mənim sizin doğru düzgün izah etməyinizə şübhə ilə yanaşmağıma əsas verir. Bəlkə də kimlərdənsə alacağınız nə mükafat olacaqsa, onun eyforiyasını elə bu ifadələrdə yaşadınız. Açığı sizə yaraşdırmadım. Amma bununla bağlı anında açıqlama vermək əvəzinə Modern.az saytına sizə dərs demiş və elmi rəhbəriniz olmuş dəyərli və hörmətli alimləri kommunist partiyasını tədqiq edib, digəri sovet dövrünü tədqiq edib deməkdənsə, həmin alimləri vaxtında elmi rəhbərin olanda və kitabına ön söz yazanda bu ifadələri cəsarətli şəkildə üzlərinə söyləməliydiniz.
Buna cəsarətiniz çatmayıbsa, sizə mədəni şəkildə irad bildirənləri bu tərzdə ittiham eləməyiniz sizin səmimi və dürüst bir insan olmadığınızdan xəbər verir. Necə ki mən də iradımı bildirmişəm hörmət və etika çərçivəsində siz isə mənə cavabınızda: Haqqımda ittiham səsləndirənlərdən Elmar Həsənli də var deyirlər. O, uşaqdır nə elmi dərəcəsi, nə elmdə hər hansısa bir uğuru var — deyirsiniz. Vasif Qafarov, »uşaq» adlandırdığınız mən heç vaxt heç bir yerdə tarix müəllimi kimi danışdığım hər hansı bir mövzunu bir ayın içində inkar eləməmişəm. Nə də çıxışlarımda və yazdığım statuslarda kimə və nələrəsə yarınmaq üçün özümü və şərəf-ləyaqətimi zərbələr altında qoymamışam. Hətta çalışdığım litseydən belə iyrənc dilemelar qarşısıda qaldığıma görə ərizəmi yazaraq çıxmışam. Çünki özümə və peşəmə, ən əsası daşıdığım müəllim statusuna hörmət qoymuşam. Və sizə yazdığım tənqidi yazıda müəllim deyə müraciət etmişəm. Sizin də borcunuz mənə elə müraciət etməkdir.
Uşaq adlandırdığınız Elmar Həsənlinin indiyə kimi hər yerdə bir mövqeyi və amalı olub. Bunu Azərbaycanda çox adam bilir. Bu birmənalı mövqeyimə görə mən heç vaxt dilemmalar qarşısında qalanda tarixi şəxsiyyətləri ittiham edərək karyeramın yüksəlişi üçün istifadə etməmişəm. Bunu edənlərin hansı post və vəzifələr tutduğunu hər kəs bilir. Bu yolu tutanları da tarix özü ittiham edəcək. Necə ki, İrəvan məsələsində Milli Şura və Rəsulzadəni siz ittiham edirsiniz. Son çıxışınızda bu kişilərin haqq işini nahaqqa çevirmək istəsəniz də buna Yaradanın nizam tərəzisi imkan vermədi. Böyük Mirzə Ələkbər Sabir deyirdi mən görüyüm yaxşı işlərin mükafatını vicdanımdan və Allahımdan alıram. Bu mənim həyat tərzimdi. Sakit və şou yaratmadan. Amma sizin bir mövzuda 20 gün içərisində fəqli çıxışlar edib, Milli Şuranı və onun lideri Məhəmməd Əmin Rəsulzadəni ittiham etməyiniz sizdən əvvəl bu məsələdə onları ittiham edənlərlə bir »vicdana» sahib olduğunuzu ortaya qoydu. Siz bu ittihamları Laf tv-də söyləmirsiniz. Amma birdən-birə sizə hansı vəhy gəldi ki, Space tv-də aparıcının verdiyi suallara uşaq kimi cavab verdiniz, alim kimi yox. Axı bu sualları da dəfələrlə Laf tv-də Ləmən Ələşrəfqızı sizə ünvanlamışdı. Deyirsiniz ki, elmi dərəcən yoxdur. Bəli yoxdur. Amma elmi dərəcəsi olmaq alim olmaq deyil. Alimlik vicdan və ədalət meyarıdır. Bu məmləkətdə tarix sahəsində bir çox »alim» və »professor» var ki, tarix elminin T hərfindən xəbəri yoxdu. Bir ayda eyni mövzuda fərqli çıxışlar edən, özü özünü inkar edən »alimi» çox təəssüf ki, T hərfindən xəbəri olmayanların cərgəsinə qatmaq məcburiyyətindəyəm.(News12.az)
hemlemedia.az