hemle

BAŞ NAZİR XƏSTƏXANALARDA ÇARPAYILARIN SAYININ ARTIRILMASI ÜÇÜN TAPŞIRIQ VERDİ

Tarix:27-06-2020, 20:00
Baxış Sayı:437

İyunun ortalarından başlayaraq ölkəmizdə COVID-19-a yoluxma halları çoxalıb və bu hökuməti ciddi narahat edir.

Bu barədə bu gün ölkəmizdə pandemiya ilə mübarizəyə dair son vəziyyətin müzakirəsi ilə əlaqədar Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə bildirilib.

Baş Nazir Əli Əsədov qeyd edib ki, Prezident İlham Əliyev Gəncə şəhərindəki çıxışı zamanı ölkəmizdə Pandemiya ilə mübarizənin milli təhlükəsizlik məsələsi olduğunu bildirib və bu işi dövlətin ən mühüm prioriteti elan edib.

Baş Nazir qeyd edib ki, karantin rejiminin tətbiqindən sonra ötən dövr ərzində görülmüş işlərin nəticəsində xəstəliklə mübarizədə müsbət tendensiya müşahidə olunmaqdadır, ancaq biz arxayınlaşmamalıyıq və çarpayıların sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi işini sürətləndirmək lazımdır.

Müşavirədə problemlər də müzakirə olunub və Baş Nazir müvafiq tapşırıqlar verib.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ