hemle

AZƏRBAYCANDA MƏHKƏMƏ HAKİMİ KORONAVİRUSDAN VƏFAT ETDİ

Tarix:26-06-2020, 17:16
Baxış Sayı:409

Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov vəfat edib.

hemlemedia.az saytı ONN media agentliyinə istinadən xəbər verir ki, bu barədə deputat Fazil Mustafa nəlumat paylaşıb.

N.Məmmədovla tələbə yoldaşı olduğunu deyən F.Mustafanın sözlərinə görə, 55 yaşlı hakim Astarada müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib: “Çox dəyərli bir insandı, əziz dostumuzdu. Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun!”.

Qeyd edək kii, N.Məmmədov 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007- 2013-cü illərdə Şəki Apelyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apelyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsində fəaliyyətini davam etdirirdi.
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir