hemle

“Bu manyakı yanımda görəndə elə bilirdilər ki...” – Prezidentdən şok sözlər

Tarix:26-06-2020, 11:49
Baxış Sayı:469

ABŞ Prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonu tənqid edərək, onu “insanları bombalayan dəli manyak” adlandırıb.

hemlemedia.az saytı Teleqraf.comsaytına istinadən xəbər verir ki, Tramp bu barədə “Fox News”a verdiyi müsahibədə danışıb.

“Hər kəs onu dəli hesab edirdi, çünki o, yalnız insanları bombalamaq istədi və dedi ki, Rusiya və ya Çin ilə döyüşək. Danışıqlarda həmişə istədiklərimi mənə verirdilər, çünki yanımdakı bu manyak Boltonu görəndə bomba istifadə etməyə hazır olduğumu düşünürdülər”, - prezident qeyd edib.

Amma o, bunun danışıqlarda müəyyən üstünlüklər qazandırdığını etiraf edib: O, ağıllı və cəsarətli deyildi. Yadımda deyil ki, heç olmasa, bir dəfə gülümsəyib. Hətta bir dəfə ondan niyə gülmədiyini soruşdum. Bu, bir insan haqqında çox şey deyir”.

Müəllif: Mənsur Rəğbətoğlu

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir