hemle

Nazir müavinindən koronavirus xəstələri ilə bağlı MÜHÜM AÇIQLAMA

Tarix:24-06-2020, 11:37
Baxış Sayı:449

Artıq COVİD-19-a yoluxan simptomsuz xəstələrin ev şəraitində müalicəsinə başlanılıb.

hemlemedia.az saytı KONKRET.az saytına istinadən xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, həmin xəstələrə ərazi poliklinikaları tərəfindən nəzarət edilir:

“Simptomsuz olan xəstələr evdə müalicələrini davam etdirirlər. Onlara ərazi poliklinikaları tərəfindən nəzarət edilir və 12 saatdan bir telefonla xəstələrə sorğular göndərilir”.

Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində artıq poliklinika həkimlərinin simptomları zəif olan xəstələrin müalicəsi ilə məşğul olacağını söyləmişdi.

O qeyd etmişdi ki, bunun üçün beynəlxalq təcrübə əsasında hazırlanan mobil tətbiq əlavəsindən istifadə ediləcək.

“E-təbib” adlanan bu mobil tətbiq əlavəsi vasitəsilə evdə müalicə alan xəstələr müşahidə altında saxlanılacaq:

“Onların evi tərk etməməsi üçün müvafiq qurumlar tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək. Burada 14 günlük karantinin olması, belə xəstələrin təlimatlara əməl etməsi vacibdir. Poliknikada çalışan həkimlər 12 saatdan bir ev telefonu vasitəsilə xəstələrin səhhəti ilə bağlı sorğular göndərəcək və bu məlumat elektron sistemə daxil ediləcək. Bunun əsasında pasiyentin müalicəsini evdə və ya xəstəxanada davam etdirməsi barədə qərar qəbul ediləcək”./Trend/

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?