hemle

Məmur həbsləri təsdiqlədi: Kimlər saxlanılıb? - Video

Tarix:23-06-2020, 18:53
Baxış Sayı:468

Hazırda Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları öz işini davam etdirir. Müavinlərin, rəhbər şəxslərin həbsi, yaxud da İcra Hakimiyyətində hansısa əməliyyatın aparılması barədə söhbət gerçək deyil.

Atəş.az
xəbər verir ki, bu barədə Modern.az-a 50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə bildirib.

Bununla belə, deputat Abşeron rayonu ərazisində həbslərin olduğunu təqdiqləyib. O bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir neçə vəzifəli şəxsin saxlanılması İcra Hakimiyyətinə tabe olan qurumlardan birində baş verib:

"Abşeron Rayon İcra Hakimiyyətinə tabe olan qurumlardan birində bir, yaxud da bir neçə vəzifəli şəxs tutulub. Dəqiq sayını deyə bilmərəm. Bu da müraciət əsasında Baş Prokurorluq tərəfindən həyata keçirilib. Bu barədə daha ətraflı məlumat çox güman ki, Baş Prokurorluq tərəfindən ictimaiyyətə bildiriləcək. Ancaq Abşeron Rayon İcra Hakimiyyətinin binasında hər hansı axtarış aparılmayıb”.

Qeyd edək ki, dünən Abşeron Rayon İcra Hakimiyyətinin binasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirildiyi və icra başçısının müavinlərinin həbs olunduğu barədə məlumatlar yayılıb. İcra Hakimiyyəti yayılan xəbərləri təkzib edib.

Baş Prokurorluq isə bununla bağlı məlumat yayacağını açıqlayıb.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi