hemle

RUSİYA SƏRHƏDİNDƏ QALAN VƏTƏNDAŞLARIMIZLA BAĞLI ŞAD XƏBƏR

Tarix:23-06-2020, 18:02
Baxış Sayı:521

Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev iki ölkə vətəndaşlarının qarşılıqlı şəkildə vətənə qaytarılması barədə razılığa gəliblər.

hemlemedia.az saytı ONN media agentliyinə istinadən xəbər verir ki, bu barədə Dağıstan rəhbərinin və hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ikitərəfli işçi qrupunun fəaliyyəti nəticəsində bu gün dövlət sərhədindəki Yaraq-Qazmalar buraxılış məntəqəsindən 250 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılacaq. Həmçinin hələlik Rusiya ərazisində vətənə qaytarılmağı gözləyən Azərbaycan vətəndaşlarının sığınacaq, qida, tibbi xidmət ilə təmin olunması məsələlərini iki ölkə birgə həll edəcək.

Belə ki, Dağıstanın Dərbənd rayonunun Qullar kəndində yerləşən və Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus çadır düşərgəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən səhra çadır düşərgəsi salınacaq. Tibbi və psixoloji xidmətin təşkil olunacağı düşərgədə yerləşdiriləcək vətəndaşların mütəmadi qidalanmaları təmin olunacaq. Bunun üçün ərzaq məhsullarını yerli istehsalçılardan tədarük etmək nəzərdə tutulur.

Mətbuat xidmətindən hazırda Dərbənd rayonunda 650 nəfər Azərbaycan vətəndaşının vətənə qaytmaq üçün gözlədikləri bildirilib.(Report.az)
hemlemedia.az

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı