hemle

Lider XALQIN enerjisini toparlayan, gücünü hədəfə çevirməyi bacaran QALIBDIR!!!

Tarix:22-06-2020, 22:18
Baxış Sayı:505

Corc Vaşinqton müstəqil ABŞ dövlətinin yaranmasına, Mustafa Kamal Atatürk qurtuluş mücadiləsinə və Türkiyə cümhuriyyətinin qurulmasına, Uniston Çörçil ikinci dünya müharibəsində Böyük Britaniyanın qələbəsinə, Mahatma Qandi Hindistanın Britaniya müstəmləkəçiliyindən, Nelson Mandela Cənubi Afrika Respublikasılnın aparteid rejimindən xilasına liderlik etdi! Bəlkə də bu şəxslərin döğuşdan digər insanlara verilməyən yetənəkləri, xarizması, qeyri-adi fikirləri , nitqləri, əməlləri olub və ya Cənab ALLAH onları böyük hədəflər üçün-millətlərin və dövlətlərin xilaskarı olaraq yaradıb, bəlkə də iman, həyat mücadiləsi, iti zəka, cəsarət, nəyi nə vaxt etməyi doğru diqtə edən intusiya, şans və ya təsadüf bu şəxsləri önə çıxarıb! Bilmirəm, yəqin ki, onların hər birinin öz taleyi, özəl hekayəsi var. Amma bu insanları birləşdirən bir məqam var. Onlar hədəflərinə ulaşmış, onlar qalib gəlmiş kəslərdir! Onlar yalnız mənsub olduqları millətlərin deyil, insanlığın sayğı və sevgisini qazanmağı bacamışlardır! Onlar nə qədər dartışılsalar da, müzakirə olunsalar da kiçilmirlər, əksinə, böyüyürlər, ölümsüzləşirlər! Çünki, onlar doğru olanları doğru etməklə uğur qazanmağı, ölümü belə gözardına alaraq millətlərinə, dövlətlərinə və nəhayət, bəşəri dəyərlərə sahib çıxmağı bacarıblar!
Lider kimdir, o necə olur? Mənim fikrimcə, lider, məfkurəsi və dəyərləri olan, cəmiyyətin inamını və rəgbətini qazanmaqla onu səfərbər edən, zəkası və cəsarətli ilə doğru hədəfə yürüyən və qələbə çalan insan fərdidir! Liderin məfkurə, əxlaq sahibi olması ən önəmli şərtlərdəndir. Yoxsa, hər hansı diribaş quldur, mütəşəkkil cinayətkar dəstənin başçısı da özünü lider kimi təqdim edər. Onun dürüstlüyü, düz danışan, şəffaf bir yaşam sahibi olması da önəmlidir. Əks təqdirdə insanlar ona inanmaz və arxasınca getməzlər! Lider hər şeyi özü edən deyil, insanların başının altına yastıq qoyan deyil, özünün qeyri-adi məziyyətlərini gözə soxub digərlərində özünəinamı aşağılayan, yox edən deyil, əksinə insanları öz gücünə, qələbəsinə inandıran, onların içindəki missionerlərin, qəhrəmanların üzə çıxmasını motivasiya edən, bir sözlə xalqın mücadiləsinə nəzarət edən, blok qoyan və ya səhv yöntəmlərlə uzun illər nəticəsiz fəaliyyəti və toplumun xəyal qırıqlığı altında əzilməsini təmin edən yox, o böyük potensial enerjinin kinetik enerjiyə çevrilməsini və ona doğru yön verilməsini SAXLAYANDIR!!!
"Fəaliyyət hər şeydir, son məqsəd heç nə", şüarı opportunistlərindir, onları rahat buraxın.
Lider XALQIN enerjisini toparlayan, gücünü hədəfə çevirməyi bacaran QALIBDIR!!!
Əli Mustafayev
hemlemedia.az

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?