hemle

Britaniyada bir gündə COVID-19-dan 128 insan ölüb

Tarix:20-06-2020, 19:26
Baxış Sayı:395

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 42 589 nəfərə çatıb.
Atəş.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilir ki, krallıq ərazisində bir gün ərzində koronavirus qurbanlarının sayı 128 nəfər artıb.
Son sutkada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 1 295-dir. Bununla da Britaniyada COVID-19-a yoluxanların ümumi sayı 303 110 nəfərə çatıb.
Məlumata görə, ötən gün krallıq ərazisində virusdan ölənlərin sayı 173 nəfər təşkil edib, 1 346 nəfər COVID-19-a yoluxub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Digər xəbərlər
15:20 Bu ölkədə qurban kəsmək qadağan olundu: Çünki...
15:11 Ermənistan arxivindən hansı materiallar Azərbaycana verilib? - Sensasion DETALLAR
15:01 Gədəbəydə başına torba keçirilən qadın öldü - Rəsmi açıqlama
10:07 Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib - Şok iddia
09:13 Baku Piano Festival 2025 gəlir
09:04 Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ
08:49 Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı