hemle

AZƏRBAYCANDA BU ŞƏXSLƏRƏ EV VERİLDİ

Tarix:16-06-2020, 13:26
Baxış Sayı:380

Xüsusi karantin rejimi yumşaldıldıqdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihəsinin əməkdaşları BMT-nin ölkədəki İdarə Heyətinin mərhələli şəkildə işə qayıtmaq təlimatlarına uyğun olaraq COVİD-19 yayılmasından öncə mənşə ölkəsinə könüllü olaraq qayıdan Azərbaycan vətəndaşlarına ayrılan reinteqrasiya yardımının istifadəsinə dair məsləhətləşəmə xarakterli görüşlərin təşkili və aidiyyəti yardımların çatdırılmasını bərpa ediblər.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, may ayı ərzində bu sahələr üzrə statistik rəqəmlər cari ilin əvvəlində olan göstəricilərə çatdırılıb.

Belə ki, may ayında KQYR layihəsinin əməkdaşları könüllü qayıdan şəxslərlə 27 nümayəndəlikdə görüş (62 nəfər faydalanmışdır) və 12 virtual görüş (26 nəfər faydalanmışdır) keçirmiş və 31 qeyri-nağd yardımı (55 nəfər faydalanmışdır) çatdırıblar. Qeyd edilən müddətdə 5 şəxs mənzil təminatı, 1 şəxs tibbi yardım, 6 şəxs kiçik biznesin təşkili və 19 şəxs maddi yardımla (avadanlıq və zəruri mebel əşyaları) təmin edilib.

Cari ilin fevral ayından BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən 13 şəxsə mənzil təminatı, 13 şəxsə kiçik biznesin təşkili, 57 şəxsə maddi yardım (avadanlıq və zəruri mebel əşyaları) və 5 şəxsə tibbi yardımla bağlı köməklik göstərilib.

Beləliklə, hazırda BMqT könüllü olaraq İsveçrə, Almaniya, Macarıstan, Belçika, Hollandiya, Türkiyə və Latviyadan qayıdan miqrantlara yardım xidmətləri göstərir. Təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı ilə yanaşı reinteqrasiya yardımının əsas istiqamətlərindən biri könüllü qayıdan şəxslər üçün məşğulluq və ya kiçik biznesin qurulması kimi gəlir gətirən fəaliyyət sahələridir

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:59 Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO
10:56 Gənc yaşda dolğu edənlərə XƏBƏRDARLIQ - 10 il sonra üz dərinizdə...
10:47 Yuxuya gedərkən "yıxılma hissi"nin gözlənilməz səbəbi açıqlanıb
10:45 Uşaq müalicəsində buraxılan təhlükəli səhvlər: Aspirin və antibiotiklərə aid vacib faktlar
10:43 "D" vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə üsulları açıqlandı
10:40 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
10:38 ADNA-da terror aktı törədilməsindən 16 il ötür
10:36 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür