hemle

NAZİR YENİ İNZİBATİ BİNALARIN AÇILIŞINDA İŞTİRAK ETDİ

Tarix:15-06-2020, 18:59
Baxış Sayı:354

15 iyun – Milli Qurtuluş Günündə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin yeni inzibati binalarının açılışı olub.

DİN-in Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov hər iki tədbirdə iştirak edib.

Məlumat verilib ki, 2 mərtəbəli inzibati binalar ən müasir standartlara uyğun inşa edilib, bütün zəruri avadanlıq, kommunikasiyalar və texniki qurğularla, mebel və inventarla təmin olunub. Hər iki binanın daxilində silah saxlama otağı, idman sağlamlıq zonası və yeməkxana var. Yeni tikililər ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana və rabitə-kommunikasiya xətləri ilə təmin edilib, digər yardımçı sahələr yaradılıb. Ərazilər hasarlanıb,abadlaşdırma,yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir