hemle

KORONAVİRUSA YOLUXAN BƏHRAM BAĞIRZADƏ — DANIŞDI

Tarix:14-06-2020, 20:56
Baxış Sayı:512

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə hazırda Bakıdakı karantin xəstəxanalarından birində müalicə alır.

ONN media xəbər verir ki, bu barədə əməkdar artist özü məlumat verib. B.Bağırzadə onun üçün narahat olanlarla bağlı xəstə yatağında da zarafatından qalmayıb:

“70-ci illərin məşhur Azərbaycan aktyoru Ağasadıq Gəraybəyli , bir ay xəstələnib reanimasiyada qaldıqdan sonra teatra işə qayıdır. Dəhlizdə o zaman gənc Yaşar Nuri ilə üzbəüz gəlir. Yaşar deyir: “Əmi, salam, həmişə ayaq üstə, həmişə işdə-gücdə.” Gəraybəyli incik-incik deyir ki, nə əmi- əmi deyirsiniz. Əmi düz bir aydır reanimasiyada yatdı, biriniz də gəlib ona dəymədiniz. Getdim, o dünyanı gördüm, gəldim. Yaşar da cavab verir ki, eybi yox əmi, adama gəzmək qalır, gəzmək!”.

Əməkdar artist onunla maraqlanan hər kəsə təşəkkür edərək, əlavə danışmaq istəməyib.

Qeyd edək ki, B.Bağırzadə əvvəlcə COVİD-19 olması ilə bağlı məlumatları təkzib etsə də, sonra bunu təsdiqləmişdi.(konkret.az)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq