hemle

“Astara Azərbaycan bölgəsinə qaytarılsın” – Güneydə hərəkətlilik (FOTOLAR)

Tarix:14-06-2020, 10:19
Baxış Sayı:522

Güney azərbaycanlılar Gilan əyalətinə inzibati olaraq ilhaq edilmiş Astara bölgəsinin yenidən Azərbaycan bölgəsinə qaytarılması üçün Ərdəbil şəhərinin divarlarına şüarlar yazıblar.

Məlumata əsasən, ərdəbilli vətəndaşlar şəhərin müxtəlif küçə və məhəllələrində divarlara farsca və türkcə “Astara Ərdəbil torpağıdır”, “Astara Ərdəbilə qaytarılsın” kimi şüarlar yazaraq vaxtilə Ərdəbil bölgəsi və Şərqi Azərbaycan Əyalətində yerləşən Astara məntəqəsinin yenidən Ərdəbilə birləşdirilməsini tələb ediblər.

Qeyd edək ki, 1954-ci ildə Şərqi Azərbaycan əyalətinə daxil olan türk şəhəri Astara və ona daxil olan kəndlər Güney Azərbaycanın Xəzər dənizi ilə əlaqəsini kəsmək məqsədi ilə Gilan əyalətinə birləşdirilmişdir.Gilan əyalətinin rəsmiləri mədəniyyət, kimlik və tarixi baxımdan Azərbaycan şəhəri olan Astaraya ögey münasibət bəsləyir. Astara gömrüyünün illik 600 milyon dollar gəliri əyalətin mərkəzi olan Rəşt şəhərinin inkişafı üçün sərf edilir və bu gəlirdən yoxsulluq içində yaşayan yerli əhali üçün pay ayrılmır.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış