hemle

Güneydə etirazlar nəticə verdi: - Bələdiyyə şovinist QƏRARINI DƏYİŞDİ

Tarix:5-06-2020, 17:22
Baxış Sayı:469

Azərbaycanlıların geniş etirazından sonra Xoy bələdiyyəsi şəhərin tarixi bazarının orijinal türkcə məkan adlarını bərpa edib.

GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, bələdiyyə təhrif edilmiş farsca adlar yazılan lövhələri düzəltməyə məcbur olub.

Qeyd edək ki, sözügedən lövhələrdə “Börkçü bazar”, “Fərşçi bazar”, “Misgər bazar”, Pəncərəçi bazar”, “Rasta bazar”, “Xərəzi bazar”, “Doşabçı bazar” və s. kimi adlar fars sözləri ilə dəyişdirilmişdi.

Bələdiyyənin bu hərəkəti sosial şəbəkədə azərbaycanlıların geniş etirazına səbəb olmuşdu. Azərbaycanlı istifadəçilər bu addımı İranda tətbiq olunan pan-iranist irqçi siyasətlərin davamı olduğunu, Azərbaycanın türk kimliyini dəyişmək məqsədi daşıdığını yazaraq “bu şəhər öz kimliyini istəyir” şüarı ilə sözügedən lövhələrin düzəldilməsini tələb etdilər.

Pəhləvi və İslam respublikası dövründə türklərin tarix və kimliyini inkar etmək məqsədi ilə minlərlə məkanın adı türkcədən fars dilinə çevrilib və ya yeni fars adları ilə əvəzlənib. Güney Azərbaycan əyalətlərində belə adların sayı minlərlədir.

Son illərdə azərbaycanlılar arasında milli özünüdərketmənin güclənməsi ilə vətəndaşlar məhəllələr və küçələrin tarixi adlarının bərpasını tələb edir.
2018-ci ilin aprel ayında Təbriz 8-ci Məntəqə Bələdiyyə İdarəsinin icraçı direktoru Rza Paknəhad Təbriz bazarında dəyişdirilən məkan adlarının yenidən tarixi adlarla əvəzləndiyini bildirmişdir. Bu hadisədən bir neçə gün sonra isə Zəncan Şəhər Şurasının üzvü Həmidrza Həmidi Şuranın keçirdiyi iclasda Zəncan kimliyinin unutdurulmasına etiraz bildirərək şəhərdə türkcə adların yenidən bərpa edilməsini tələb etmişdir.

Bir neçə il əvvəl isə Urmiyanın Bələdiyyə İdarəsi oxşar qərar verərək şəhərdə dəyişdirilmiş bəzi məkan adlarını əsl türk adları ilə əvəzləmişdi.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir