Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı və diqqətlə əhatə olunur. Vətəndaşlarımızı karantin dövründə qaydalara riayət etməyə çağırıram. Karantinin bitməsi və yenidən öz sərbəst rejimimizə qayıtmaq üçün qaydalara riayət edək. Unutmayaq, bu qaydalar bizim sağlamlığımızı və gələcək həyatımızın sağlam olması üçün tətbiq edilir. Bu fikirləri QHT.az-a "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İB-nin rəhbəri Cəmile Abdulova bildirb:
"Bu gün bütün dünyanı cənginə alan COVİD-19 pandemiyası Azərbaycandan da yan keçməyib. Sevindirici haldır ki, Beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Bu virusla mübarizədə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bir neçə dəfə bu sahədə nümunəvi ölkə adlandırıb. Ölkəmizin başçısı cənab İlham Əliyevin vaxtında və düzgün siyasətinin nəticəsi, vətəndaş məsuliyyəti, cəmiyyətimizdə həmrəylik və birlik bizim ölkə vətəndaşlarını az itki ilə bu pandemiyaya qalib gələcəyinə inam verir.
“Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. İnsanları qorumaq üçün biz bütün addımları atacağıq. Ona görə bir daha Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə görə, göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Eyni zamanda, bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram. Biz birlik nümayiş etdirmişik və bundan sonra da nümayiş etdirəcəyik. Təsadüfi deyil ki, pandemiya dövründə “Biz birlikdə güclüyük!” birləşdirici şüar olmuşdur.”
Koronavirusla mübarizə sahəsində işləri təşkil edən qurumların - Operativ Qərargahın, İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-n fəaliyyəti yüksək qiymətləndirilir. Daima operativ qərarları ilə xalqa məlumat verən bu qurumların pandemiya dövründə verdiyi qərarlar, vətəndaşlar tərəfindən izlənilir və bu qaydalara ciddi riayət edilir.
Ölkəmizdə Koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl 20 xəstəxana və labaratoriya ayrılıb. Prezidentimizin göstərişi ilə ölkəmizdə modul tipli xəstəxanalar açılırki, bu da vətəndaşlarımızın birbaşa sağlamlığına xidmət edir. Regionlardan xəstələr mərkəzə deyil öz ərazilərində xidmət göstərilməsi üçün atılan zəruri addımdır. Digər ölkələrə nəzər salsaq bizim ölkədə müalicə alan viruslu xəstələr dəhlizlərdə deyil , xüsusi xəstəxanalarda müalicə alır. Karantin şəraitində qalan vətəndaşlar üçün xüsusi şərait yaradılıb. Onlar 4-5 ulduzlu otellərdə, Atletlər Kəndində qalırlar. Ölkəmizdə tibbi maska, spirt, dezinfeksiya vasitələri, həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Ona görə Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdür ki, biz insanların həyatını, sağlamlığını qoruyaq və bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməyək. Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. "