hemle

BU VİRUS BİR İL MÜDDƏTİNDƏ BİZİMLƏ OLACAQ – ÜST RƏSMİSİ

Tarix:4-06-2020, 20:56
Baxış Sayı:429

Dünyada bu günə qədər 6 milyondan çox insan koronavirusa yoluxub.

ONN media xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı Operativ Qərargahın brifinqində deyib:

“Azərbaycanda görülən tədbirlər mart ayında tədris müəssisələrinin bağlanması ilə başladı. Xüsusi karantin rejimi tətbiq edildikdən sonra yoluxma halları 10 gündə azalmağa başladı. Artan yoluxma halları insanların qaydalara riayət etməsi ilə azaldı”.

O qeyd edib ki, 27 apreldən karantin rejiminin yumşaldılması ilə yoluxma hallarında artım müşahidə edildi: “Bu günə qədər ən yüksək 325 yoluxma faktı qeydə alınıb. Bizim burada tətbiq etdiyimiz qaydalar dünya təcrübəsində də tətbiq olunur. Yoluxma halları artdıqca, karantin rejimi sərtləşdirilir”.


Harmancı bildirib ki, hazırda dünyada koronavirusun birinci dalğası müşahidə olunur: “Hazırda koronavirusla mübarizədə daha təcrübəliyik. Bu müddətdə bütün təlimatlara riayət etməli, zəruri hallarda bəzi məhdudiyyətləri tətbiq etməliyik. Bu virus bir il müddətində bizimlə olacaq. Ən azından vaksin və ya səmərəli müalicə üsulu tapılana qədər mübarizə aparmalıyıq”.(publika)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq
14:45 İstilik təchizatı ilə bağlı yeniliklər olacaq
14:42 Sabah yağış yağacaq, dolu düşəcək - PROQNOZ
14:37 Bu gün çox çətin olacaq: Elə şeylər baş verəcək ki... - Astroloq xəbərdarlıq etdi
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı