hemle

3 ayda 23 milyonluq heroini Azərbaycana daşıyan kimlərdir - komissiya üzvü açıqladı

Tarix:11-06-2020, 21:49
Baxış Sayı:440

Əfqanıstandan Avropaya gedən narkotrafikin “Şimali Balkan yolu” marşrutu məhz ölkəmizdən keçir
Son vaxtlar Azərbaycandan 3-cü ölkələrə aparılan narkotik maddələrin müəyyən olunaraq götürülməsi halları artıb. Bunu narkotik vasitələrin müəyyən olunması üçün tətbiq edilən yeni qurğularla, əməliyyat işinin daha yaxşı təşkil edilməsi ilə də əlaqələndirənlər var.

2020-ci ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1540 fakt aşkar edilib. 630 kiloqram 874,4 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bu, aşkar edilən narkotik vasitələrdir. Bəs müəyyən olunmayan, mənzilbaşına çatan narkotik vasitələr nə qədərdir? Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Rauf Zeyni “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan müstəqillik qazanandan sonra mənfur qonşularla müharibəyə cəlb olunduğundan, işğal altında olan ərazilərimiz narkomafiyaların maraq dairəsindədir: “Narkomafiyalar əsasən gərginlik ocaqları olan ərazilərdəki separatçılarla əlbir işləyirlər. Əvvəllər narkotiklər əsasən Balkanlar üzərindən daşınırdı. Balkanlarda müharibə qızışdığına görə sonradan marşrutu dəyişdilər. Balkanları cənub və şimal marşrutlarına dəyişdilər. İran, Rusiya, Azərbaycan və Gürcüstan ərazilərindən istifadə edilərək Avropaya narkotik daşımaları həyata keçirilir. Ukrayna əraziləri də narkoticarətçilərin tranzit yollarına daxildir. Bu marşrutlar hansısa ölkənin razılığı və ya narazılığı ilə seçilmir. Bu marşrutları narkobaronlar, həmin trafikə nəzarət edənlər müəyyən edir. Onlar bir-iki dəfə marşrutu yoxlayırlar. Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni - ”Şimali Balkan yolu" adlandırdığı marşrut məhz Azərbaycandan keçir.

Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana daşınır. Köhnə Balkan marşrutu isə İrandan birbaşa Türkiyəyə yönəlirdi. İrandan Türkiyəyə toplanan heroin ya İstanbul vasitəsilə Bolqarıstana, ya Anadolu boyunca - Egey dənizi və Yunanıstana, ya da Hakkaridən şimala - Qara dəniz və Ukraynaya daşınır. Almaniya, İtaliya, Hollandiya, Britaniya bazarlarına heroin məhz bu marşrutlarla gedir".

Rauf Zeyni deyir ki, hər il dünya üzrə 10 tonlarla narkotik vasitələr məhz marşrutlar üzrə hərəkətdə olarkən tutulur: “Azərbaycanda 2020-ci ilin I rübü ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən ümumiləşdirilib. Bu ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1540 fakt aşkar edilib. Onlardan 600-ü narkotik vasitələrin qanunsuz satışı, 908-i qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə digər cinayətlərlə bağlı olub. Aşkar edilən faktlar üzrə ümumi çəkisi 630 kiloqram 874,4 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 236 kiloqram 9 qramını marixuana, 93 kiloqram 253,9 qramı tiryək, 233 kiloqram 805 qramını heroin, 16 kiloqram 694 qramını həşiş, 51 kiloqram 111 qramını psixotrop maddələr və digərləri təşkil edib”.

Rauf Zeyni deyir ki, narkomafiyalar ağlasığmaz dərəcədə böyük pullara sahibdirlər və narkoticarətlə məşğul olan cinayətkar şəbəkələri ayaqda saxlayan əsas məqam da məhz böyük pullardır: “Bu gün ölkələr üzrə narkomanların dəqiq sayı bilinmir. Ümumi hesablamalar var. Məsələn, bir ölkədə rəsmi olaraq 30 min narkoman varsa, beynəlxalq təşkilatlar həmin rəqəmi 10-a vurub ölkə üzrə azı 300 min nəfər narkomanın olmasını hesaba alır. Ölkələr üzərindən daşınan narkotikin neçə faizinin mənzilbaşına çatmadan saxlanılması ilə bağlı isə belə bir düstur yoxdur. Çünki narkodaşımaların tam həcmini müəyyən etmək çətindir. Bu işlərlə müxtəlif narkomafiyalar məşğul olur. 1 qram heroinin ”qara bazar"da qiyməti 100 dollardır. Bu ilin 3 ayı ərzində Azərbaycan hüquq-mühafizə orqanları 233 kiloqram heroin aşkar edərək götürüblər. Kokainin isə Bakıda 1 qramı 400 dollardır. Məlumdur ki, Əfqanıstandan Avropaya heroin, Cənubi Amerikadan isə kokain daşınır. Son vaxtlar süni narkotiklərdən də istifadə geniş yayılıb. Son 10 ildə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli gücləndirilib. Və mübarizənin daha kəsərli olması üçün də addımlar atılmaqdadır. Təbii ki, narkomafiyalar da əllərini sallayıb oturmurlar.

Rauf Zeyni

Narkotik daşınmasında yeni-yeni üsullar axtarıb tapırlar. Maye sabun, qida məhsulu və s. adlar altında narkotik daşımaları faktları məlumdur. Yəni hüquq-mühafizə orqanları səylərini artırdıqca, narkomafiyalar da yeni üsullara əl atırlar. Ümumiyyətlə isə narkotik, insan orqanlarının, silahların alveri dünyada ən böyük qanunsuz dövriyyədir. Bu dövriyyəni bir qərarla durdurmaq mümkünsüzdür. Bu gün Azərbaycanın işğal altında olan ərazilərində silah alveri, narkotik vasitələrin yetişdirilməsi və Avropaya satılması ilə məşğul olurlar. Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər narkotrafik vasitəsilə qazanc əldə edirlər. Narkotik vasitələrdən istifadə problemi dünyanı narahat edən qlobal məsələlərdən biridir. Beynəlxalq səviyyədə bu bəla ilə mübarizə sahəsində xeyli konvensiyalar, sənədlər qəbul edilib. Dövlətlər bu konvensiyalara qoşulub və öz milli qanunvericiliklərində qanunlar, normativ hüquqi sənədlər qəbul ediblər. Lakin bu qanunların işləməsi, onlara nəzarət mexanizmi olduqca ciddi məsələdir. Hazırda dünyada istehsal edilən narkotik vasitələrin çəkisi tonlarladır. Azərbaycan üzərindən nə qədər narkotik daşınması isə məlum deyil".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ