hemle

AZƏRBAYCANDA BU XƏSTƏLİYƏ YENİ 167 YOLUXMA FAKTI AŞKARLANDI

Tarix:6-05-2020, 17:19
Baxış Sayı:433

Bu ilin I rübü ərzində Azərbaycanda 167 nəfərdə İİV-ə yeni yoluxma halı aşkar edilib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib ki, onların 164-ü (98,2%) Azərbaycan vətəndaşlarında, 3-ü (1,8%) isə əcnəbilərdə aşkarlanıb. Azərbaycan vətəndaşları arasında 2020-ci il ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 13,4%-i, 1987 – 01.04.2020-ci illər ərzində isə aşkar olunan halların 40,5%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Qeydiyyata alınmış 164 yerli sakinin 109-u (66,5%) kişi, 55-i (33,5%) qadındır. Bu dövr ərzində Azərbaycan vətəndaşı olan 33 nəfər İİV xəstəsində xəstəlik QİÇS mərhələsinə keçib, eyni zamanda 12 nəfər Azərbaycan vətəndaşı İİV infeksiyasından dünyasını dəyişib.

N.Zülfüqarov qeyd edib ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2020-ci ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 6957 nəfər şəxs rəsmi qeydiyyatdadır. Onların 4860-ı (69,9%) kişi, 2097-si (30,1%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1849 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1054 nəfər olub.

Mərkəz rəsmisi əlavə edib ki, qeydiyyata götürülən ölkə vətəndaşlarının 40,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 48,6%-də heteroseksual, 3,2%-də isə homoseksual kontakt nəticəsində, 1,6%-də anadan uşağa keçməklə, 0,01%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. İnfeksiyaya yoluxanların 6,1% -də yoluxma yolu müəyyən edilməyib.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı