hemle

Kart məlumatları necə oğurlanır?

Tarix:Bu gün, 18:14
Baxış Sayı:503

Bu gün maliyyə təhlükəsizliyiniz fiziki deyil, rəqəmsal hücum altındadır.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Sadəcə bir klik, saxta keçid və ya inandırıcı səslənən bir zəng kifayətdir ki, kart məlumatlarınız ciddi risk ilə üz-üzə qalsın.

Proses necə baş verir?

Şübhəli e-poçt, SMS və ya sosial şəbəkələr vasitəsilə siz saxta səhifələrə yönləndirilə və burada kart məlumatlarınızı daxil etməyə təşviq oluna bilərsiniz.

Özünü "bank əməkdaşı" kimi təqdim edən dələduzlar panika yaradaraq kartınızın bloklandığını bildirir və OTP (birdəfəlik şifrə) daxil olmaqla digər fərdi məlumatları tələb edirlər. Bəzən isə yaxınlarınızın adından zəng edərək maliyyə yardımı istəyirlər.

Etibarsız mənbədən yüklənən zərərli tətbiqlər və fayllar vasitəsilə telefonunuza casus proqram yerləşdirilə, bu yolla ekran görüntüləriniz və kart məlumatlarınız oğurlana bilər.

Necə qorunaq?

1) Kart məlumatlarınızı, o cümlədən son istifadə tarixi, CVV, OTP (3DS daxil), şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodunu tanımadığınız şəxslərlə paylaşmayın.

2) Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin. Naməlum keçidlərə və şübhəli fayllara daxil olmayın.

3) Onlayn alış-veriş zamanı kart məlumatlarınızı brauzer və veb-saytların yaddaşında saxlamaqdan çəkinin.

4) Bank tətbiqlərinin və cihazınızın əlavə təhlükəsizlik funksiyalarından (2FA) faydalanın.

5) Kartınızla bağlı şübhəli hallar müşahidə etdikdə, dərhal bankınıza məlumat verin və kartı bloklayın.

Digər xəbərlər
21:35 Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti UZADILDI
21:28 Trampdan Qərbə XƏBƏRDARLIQ - “Növbəti sonsuz müharibəyə...”
21:18 Ölkədə baş verən partlayışlarda neçə nəfər ölüb? - FHN AÇIQLADI
21:14 Sabah 3 rayon QAZSIZ QALACAQ
21:11 Bəzi rayonlarda şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
21:06 Zelenski Ərdoğanla görüşəcək
21:01 Ən böyük ixtisar dalğası - "Microsoft" minlərlə şəxsi İŞSİZ QOYACAQ
18:25 Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi