hemle

BAKININ ƏN MÖHTƏŞƏM PİYADA KEÇİDİ AÇILIŞ ƏRƏFƏSİNDƏ

Tarix:10-06-2020, 22:48
Baxış Sayı:438

Paytaxtın Neapol küçəsində, Heydər Əliyev parkının yanında müasir görkəmi ilə seçilən daha bir yerüstü piyada keçidi vətəndaşların istifadəsinə veriləcək.

AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirib ki, piyada keçidi təhlükəsiz istismar, partlayış, yanğın təhlükəsizliyini təmin edən normalara uyğun inşa edilib.

ONN media xəbər verir ki, keçidin indiki hazır vəziyyətindən öncə, yalnız beton sütunlar olan zaman bəzi vətəndaşlar keçidin çox hündür, pilləkənlərin sayının çox olduğunu bildirərək, yaşlı və fiziki məhdudiyyətli insanların, hamilə qadınların və digərlərinin burdan istifadə edərkən böyük əziyyət çəkəcəklərini qeyd edirdilər.

Əhalinin həssas təbəqəsi nəzəri alınaraq, keçiddə liftlər quraşdırılıb.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir